Ərdoğan futbolçu Mesut Özilin nikahına şahidlik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbolçu Mesut Özilin nikahına şahidlik edib.

Bu barədə Türkiyə mətbuatı və digər xarici mətbuat orqanları xəbər verib.

Tvitter-də yayılmış videoda Ərdoğanın xanımı Emine ilə birlikdə toyda olduqları görünür. Ərdoğan gəncləri toy münasibəti ilə təbrik edib.

Mesut Özil 2014-cü il Türkiyə gözəli Amine Gülşe ilə evlənib.

İyunun 7-də yayılan görüntülərə görə, toy mərasimi İstanbulun Bosfor sahilindəki dəbdəbəli otellərdən birində keçirilib.

Mesut Özil 1988-ci il oktyabrın 15-də Almaniyada doğulub.

Atası Mustafa və anası Gülizar Özil 1970-ci illərdə iş dalınca uşaqları ilə birlikdə Almaniyaya mühacirət edib.

Mesut Özil hazırda İngiltərənin “Arsenal” klubu və Almaniya millisinin üzvüdür.

Özillə Ərdoğan arasında dostluq münasibətləri var.

Özüil ötən il ona “Arsenal”-ın üzərinə imzası olan köynəyini bağışlayıb.

Futbolçu bundan sonra tənqidlər və problemlərlə qarşılaşıb.