Rəcəb Tayyib Ərdoğan Qəzza zolağına səfər edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfərindən sonra may ayının sonunda Fələstinin Qəzza zolağına səfər edəcəyini bildirib. O, may ayının 16-da ABŞ prezidenti Barak Obama ilə Vaşqintonda görüşməlidir.

Uzun zamandır Fələstinə səfər etməyi planlaşdıran Ərdoğan oraya bu ay getməli idi. Lakin Vaşiqntonun xahişi ilə səfərin tarixi dəyişdirilib.

ABŞ İsrail-Türkiyə münasibətlərinin normallaşmağa doğru getdiyi bir vaxt onun Fələstin səfərinin bir qədər yubadılmasını istəyib.

ABŞ dvlət katibi Con Kerrinin həftə İstanbulda olarkən Türkiyənin baş naziri ilə Qəzza səfərini müzakirə edib-etmədiyi bəlli deyil.

ABŞ prezidenti Barak Obama ötən ay iki ölkə arasında flotiliya münaqişəsindən sonra diplomatiya səylərinə əl atmışdı. Mərmərə hadisəsi zamanı 9 türk öldürülmüşdü.

Israilin baş naziri Benyamin Netanyahu Türkiyədən üzr istəmiş və Türkiyənin kompensasiya tələbinin qarşılanacağına vəd vermişdi.