Ərdoğan YPG-yə qarşı hücum ehtimalı barədə xəbərdarlıq edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dəstəklədiyi Suriyanın kürd yarı-hərbi dəstələrinə qarşı hücum edəcəyi barədə xəbərdarlıq edir.

Bazar ertəsi tərəfdarları önündə çıxış edən Ərdoğan Türkiyə qüvvələrinin bir anlıq bildirişlə hərəkətə keçməyə hazır olduqlarını deyib.

“Terrorçularla aramızda durmayın. Qatil sürüsü ilə aramızda durmayın. Əks təqdirdə baş verən istənməyən hadisələrə görə biz məsuliyyət daşımayacağıq,” deyə Ərdoğan bildirib.

Prezident tərəfdarlarına deyib ki, Türkiyə qüvvələri Türkiyə ilə sərhəddə yerləşən və YPG-nin nəzarət etdiyi Suriyanın İdlib anklavını mühasirəyə alıb. Ankara kürd yarı-hərbi dəstəsi YPG-ni Türkiyədəki qiyamçılarla əlaqəsi olduğunu iddia edir.

Ən son gərginliyin artmasına səbəb Vaşinqtonun YPG ilə birlikdə sərhəd qüvvəsi yaratmağa hazırlaşdığını elan etməsi olub.