Ərdoğan Qətərdən 400 milyon dollarlıq lüks təyyarə hədiyyə alıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən həftə Qətər əmirindən 400 milyon dollarlıq lüks təyyarə hədiyyə alıb. Bu, onun siyasi opponentləri tərəfindən tənqidlərlə qarşılanıb.

Buna cavab olaraq, Ərdoğan bazar ertəsi deyib ki, Boeing 747-8 lüks təyyarəsi Qətər əmiri Tamim Bin Hamad Bin əl-Səni tərəfindən hədiyyə edilib və təyyarənin alındığı haqda iddiaları rədd edib. Türkiyə lideri müxbirlərə deyib ki, rəsmi Ankara təyyarənin alınmasında maraqlı olub, lakin əmir onun hədiyyə edilməsində təkid edib.

Boeing 747-8 təyyarəsi

Ərdoğan həmçinin təyyarənin ona şəxsən deyil, Türkiyəyə məxsus olduğunu bildirib. O, təyyarədən öz səfərlərində istifadə edəcəyini də əlavə edib. Verilən məlumatlarda təyyarədə iclas keçirmək üçün otaqlar, launc (istirahət üçün yerlər), özəl kabinələr və hətta mini xəstəxananın olduğu deyilir. Təyyarənin 76 sərnişini daşımaq üçün hazırlandığı haqda məlumat verilir.

Türkiyə prezidenti təyyarənin qiymətinin 400 milyon dollar olduğu haqda açıqlamanı müxalifət partiyasının bununla bağlı rəsmi istintaqın başladılması haqda müraciətindən sonra verib. Ərdoğan prezident sarayı və lüks avtmobillərə xərclənən vəsaitlə əlaqədar tənqidlərlə qarşılaşıb. Türkiyə iqtisadiyyatı hazırda iki rəqəmli inflasiya və milli valyutanın kəskin dəyər itirməsi kimi problemlərlə qarşı-qarşıyadır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Tamim Bin Hamad Bin əl-Səni Ankarada görüş zamanı, 15 avqust, 2018.

Rəsmi Doha Körfəz bölgəsindəki ərəb qonşuları ilə Qətərin müsəlman ekstremistlərə deyildiyi kimi, dəstəyi ilə əlaqədar münasibətlərinin pisləşməsindən sonra Ankara ilə daha yaxın əlaqələr qurmağa çalışır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklər, Bəhreyn və Misir Dohanın terrorizmə dəstək verdiyini iddia edərək, Qətərlə diplomatik münasibətlər, ticarət və nəqliyyat əlaqələrini məhdudlaşdırıb. Qətər bu iddiaları rədd edir.