Ərdoğan Rusiya və Ukraynaya "ləyaqətli çıxış" imkanı verəcək diplomatik həll yoluna çağırıb

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın hərbi müdaxiləsinin səbəb olduğu münaqişəyə həm Rusiya, həm Ukraynaya "ləyaqətli çıxış" imkanı verəcək diplomatik həll yoluna çağırıb.

"Biz birlikdə hər iki tərədə böhrandan ləyaqətli çıxış imkan verəcək əlverişli diplomatik həll yolu tapmalıyıq" , Ərdoğan sentyabrın 20-də Nyu Yorkda BMT Baş Assambleyasında bildirib.

O deyib ki, davamlı sülh Ukraynanın ərazi bütövlüyünün qorunmasına əsaslanmalıdır və əlavə edib ki, Türkiyə müharibəyə son qoymaq üçün səylərini artırmağa davam edəcək.

"Mən beynəlxalq təşkilatları və bütün ölkələri Türkiyənin səylərinə səmimi dəstək verməyə çağırıram" o deyib.

Ərdoğan daha öncə bildirib ki, Rusiya və Ukrayna yeddi aydır davam edən müharibədə ən böyük məhbus mübadiləsi çərçivəsində 200-dən çox hərbi əsirin mübadiləsi aparılıb.

O, əsir mübadiləsi ilə bağlı tam təfərrüatları paylaşmayıb, mübadilədə iştirak edən insanları "girov" adlandırıb, hər tərəfdən neçə nəfərin olduğunu söyləməyib.

"Tərəflər arasındakı razılıq əsasında iki yüz girovun mübadiləsi baş tutacaq" , Ərdoğan sentyabrın 19-da PBS TV kanalına bildirib.

Ərdoğan deyib ki, o, ötən həftə Özbəkistanda keçirilən regional sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə "çox geniş müzakirələr" aparıb.

"O, mənə buna mümkün olduğu qədər tez bir zamanda son qoymaq istədiyi göstərir" , Ərdoğan deyib. "Bu, mənim təəssuratım oldu, çünki indi hadisələrin gedişatı kifayət qədər problematikdir".

Türkiyə lideri deyib ki, hər hansı davamlı atəşkəsdə Moskvanın işğal olunan əraziləri geri qaytarması mühüm rol oynayacaq.

"Əgər Ukraynada sülh bərqərar olacaqsa, əlbəttə ki, işğal olunan torpağı geri qaytarmaq mühüm olacaq" , o deyib.

Sentyabrın 20-də Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərinin liderləri həmin ərazilərin Rusiyanın bir hissəsi olması üçün referendumlar keçirməyi planlaşdırdıqlarını deyiblər. Bir neçə ölkə bu cür referendumların saxta olacağını deyib.

Ərdoğan, həmçinin Ermənistanla Azərbaycan arasındakı münaqişəyə də münasibət bildirib və deyib ki, Türkiyə hərtərəfli sülhün mümkün olduğuna inanır.

"Biz inanırıq ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh razılığı imzalamaq mümkündür" , Ərdoğan deyib.