Ərdoğan Kosovo baş nazirini kəskin tənqid edib

Türkiyə prezidenti Kosovonun baş nazirini Fətullah Gülənlə bağlı məktəblərlə əlaqələrinə görə Türkiyənin altı vətəndaşının deportasiya edilməsini tənqid etdiyinə görə kəskin tənqid atəşinə tutub. Ankara Güləni 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında durmaqda ittiham edir.

Prezident Rəcəb Tayyib Ərdoğan təəssüfləndiyini bildirib və baş nazir Ramuş Haradinacın altı nəfərin Kosovodan deportasiya edilməsinə görə daxili işlər naziri və kəşfiyyat idarəsinin rəhbərini vəzifəsindən kənarlaşdırılmasından sonra “bədələni” ödəyəcəyini deyib.

Əməliyyat haqda xəbəri olmadığını deyən Haradinac şənbə günü Türkiyənin altı vətəndaşının həbs edilib deportasiya edilməsində iştirak edən bütün strukturlarda təhqiqat açıb.

“Mənim Kosovonun baş nazirinə sualım budur: bu addımları kimin göstərişi əsasında atıb? Türkiyəyə qarşı çevrilişə cəhd edənləri nə vaxtdan müdafiə etməyə başlamısan?”, deyən Ərdoğan Türkiyənin Birləşmiş Ştatlardan sonra Kosovonu tanıyan ikinci dövlət olduğunu qeyd edib.

“Kosovonun qardaşı olan Türkiyəyə qarşı çevrilişə cəhd edən bu insanları necə müdafiə edə bilərsən? Buna cavab verəcəksən!”, Ərdoğan əlavə edib.

Haradinac Türkiyənin altı vətəndaşının bundan bir gün əvvəl həbs edilib ölkədən çıxarılmasından sonra cümə günü daxili işlər naziri və gizli xidmət idarəsinin rəisini vəzifəsindən kənarlaşdırıb.

Türkiyə həbs edilən altı nəfərin Gülən şəbəkəsinə insanların cəlb edilməsinə və Türkiyədə təhlükəsizliklə bağlı tədbirlərin görüldüyü bir vaxt insanların ölkədən çıxmasına kömək etməsinə görə məsuliyyət daşıdığını bildirib. Gülənlə əlaqələrinə görə Türkiyədə on minlərlə insan işlərindən azad edilib, ya da həbs edilib.

Türkiyə 208-ci ildə Serbiyadan müstəqilliyini elan edən Kosovoya dəstək verən əsas ölkələrdən biridir. Türkiyənin şirkətləri Balkanlardakı bu kiçik ölkənin yeganə hava limanı və elektrik şəbəkə sistemini idarə edir, ölkədə dəyəri təxminən 2 milyard dollarlıq iki şosse yolunu inşa edir.

Ankara Birləşmiş Ştatlarda mühacirətdə yaşayan müsəlman din xadimi Fətullah Güləni 2016-cı ildə 16 iyul dövlət çevrilişinə cəhdin arxasında durmaqda ittiham edərək, onun hərəkatını terrorçu təşkilar elan edib. Gülən çevriliş cəhdi ilə hər hansı əlaqəsi olduğunu rədd edir.

Beynəlxalq Human Rights Watch təşkilatı Kosovo rəsmilərini həbslərə görə tənqid edib.

Təşkilatın açıqladığı bəyanatda deyilir ki, “müəmmalı həbslərlə yanaşı, bu insanlar işgəncə ilə bağlı ciddi risklə qarşılaşa biləcəkləri bir ölkəyə göndəriliblər”.