Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində viruslardan qorunmaq üçün məsləhətlər verib.
Jurnalistlərin "Siz viruslardan necə qorunursunuz?” sualına cavab verərkən Ərdoğan söyləyib: “Mən hər səhər bir qaşıq doşab içirəm”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. Söhbətdə Ərdoğan Çindən qaynaqlanan koronavirus epidemiyası ilə bağlı görülən tədbirləri müzakirə edib.
Ərdoğan koronavirusun qarşısını almaq üçün bədəni sağlam saxlamağın yolları haqda danışıb:
”Mənim bir məsləhətim var. Bunu həkimlər də deyir. Özünüzü soyuğa verməyin. Qızdırmanızı ölçün. Bunlar koronavirusun simptomlarıdır. Hər şeydən öncə özünüzə arxalanın. Yeməyinizə diqqət edin. İnanın ki, biz bununla bağlı xüsusi bir tədbir görmürük. Bədəninizi gücləndirin. Bizim bəzi dostlarımız sağ olsun, bizə hərdən tut doşabı göndərir. Mən hər səhər bir qaşıq doşab içirəm. Çünki qanı artırır. Xüsusilə Ərzurum doşabı yaxşıdır.”