"Daha ciddi çətinliklərlə üzləşən Sulduz əhalisi mövcüd duruma etiraz edirlər"
İranın xəbər agentlikləri bildirir ki, ölkənin bəzi bölgələri, xüsusilə Azərbaycan türkləri və Əhvaz ərəblərinin yaşadığı vilayətlərdə ortaya çıxan çörək qıtlığı xalqın etirazına səbəb olub.
“Ötən günlərdə un və çörək çatışmazlığı Qərbi Azərbaycan vilayətinin bəzi şəhərlərində ciddi problemlərə səbəb olub. Daha ciddi çətinliklərlə üzləşən Sulduz əhalisi mövcüd duruma etiraz edirlər,” - deyə “Həmşəhri” qəzeti İranın yarı-rəsmi Fars xəbər agentliyinə istinadən bildirib.
Xəbər saytlarının yazdığına görə Fars xəbər agentliyi xəbəri yaydıqdan bir neçə saat sonra onu veb səhifəsindən çıxarıb.
“Kaleme” veb səhifəsi isə Ərdəbil vilayəti və Əhvaz ərəblərinin sıx yaşadığı Xuzistan vilayətində əhalinin çörək tapmaqda çətinlik çəkdiyini xəbər verib.
“Çörək dükanları qarşısında çörək üçün uzun növbələr var. Ərdəbil və Xuzistan əhalisinin etiraz səsi yayılmağa başlayıb,” - deyə Kaleme saytı əlavə edib.
“Çörək subsidiyası ləğv edildikdən sonra çörək dükanları önündə belə uzun növbə görməyi gözləmirdik,” - deyə Ərdəbil xəbərlərini nəşr edən bir yerli veb səhifə qeyd edib.