Elm, texnologiya, mühəndislik və riyaziyyat prinsiplərini özündə birləşdirən STEM oyuncaqları son illərdə çox diqqət cəlb edir. İndi oyuncaq istehsalçıları uşaqların sosial inkişafı və emosional zəkalarına yönəlmiş oyuncalqar hazırlayır. Bu oyuncaqlar təkcə onların intellekt əmsalı, yəni IQ-larını deyil, həm də emosional zəkası, yəni EQ-larını da inkişaf etdirir.
Çox yüksək İQ-ya sahib dahi olsanız belə, ətraf dünya ilə empatiya qurmağı bacarmalısınız.Conatan Erikson
Nyu Yorkda keçirilən Oyuncaq Yarmarkasında qırmızı pijamadakı lamalar və slaymlarla yanaşı müasir uşaqların ehtiyaclarını ödəyən bir sıra oyuncaqlar nümayiş etdirilib.
Onlardan biri PleIQ-dur ki, o, genişləndirilmiş reallıq texnologiyasına əsaslanır.
“Kubikin hər tərəfi, hər bir hərf, rəqəm və işarə 3 dimensiyalı öyrənmə təcrübəsinə çevrilir,” deyə PleIQ-nun baş icraçı direktoru Edison Duran bildirir.
Digərləri isə Woobo kimi maarifləndirici robotlardır.
Amma bu oyuncaqlar IQ-nu inkişaf etdirməklə yanaşı uşaqların emosial zəkalarını yəni EQ-nu da təkmilləşdirir.
Bu isə o deməkdir ki, onlar burada gördüyünüz personajların müəllimləri və ya bələdçiləri olmalıdırlar.
“Uşaqlar çətin vəziyyətdə olan dost-personaja yardım edirlər, tez-tez rast gəlinən problemləri həll etməyə yardım etmək üçün onlara məsləhət verirlər,” deyə Duran bildirir.
Dost kimi xidmət göstərən oyuncaqlar həm də sosial inkişafa yardım edir. Karen Hu Woobo-nun autizmli uşağa necə yardım etdiyini başa salır.
Uşaqlar çətin vəziyyətdə olan dost-personaja yardım edirlər, tez-tez rast gəlinən problemləri həll etməyə yardım etmək üçün onlara məsləhət verirlər.Edison Duran
“Uşaq Woobo ilə ünsiyyət qura və Woobo-nun verdiyi təlimatları yerinə yetirə bilər, çünki o Woobo- nu valideyn və ya təlimatçı əvəzinə dost olaraq görür,” o deyir.
Manimo kimi dost heyvanlar isə uşaqlara hiperaktivlik və konsentrasiya məsələsində yardım edir.
“Bu, dərin təzyiq tətbiq edir. Bədənə dərin təzyiq göstərmək hiperaktiv uşaqlara sakitləşməyə yardım edir,” Manimonun prezindenti Karin Qaqner söyləyir.
“Çox yüksək İQ-ya sahib dahi olsanız belə, ətraf dünya ilə empatiya qurmağı bacarmalısınız,” deyə EQtainment-in satış üzrə direktoru Conatan Erikson bildirir.
“Q’s Race to the Top” kimi oyunlar uşaqları danışdırır. Kevin Çaca deyir ki, bu oyun onun 4 yaşlı qızının marağını cəlb edib.
“Bunun ən müsbət tərəfi odur ki, qızım danışır. Onun danışıb, hisslərini ifadə etməsi isə çox vacibdir,” o deyir.
Bu oyuncaqların istehsalçıları uşaqların emosional zəkaların inkişafını onların gələcəkləri üçün çox vacib amil olaraq görür.