BMT-nin Baş katibi BMT-nin iqlim dəyişikliyinə həsr edilmiş görüşündə çıxış edib

BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, güclü qasırğalar, buzlaqların əriməsi və quraqlıq kimi qeyri-normal hava şəraiti indi artıq normaya çevrilib və Yer Kürəsində yaşayan insanların gələcəyinə təhlükə yaradır.

Cənab Ban bu haqda dünən Qətərin Doha şəhərində BMT-nin iqlim dəyişikliyinə həsr edilmiş görüşündə danışıb. Təxminən 200 ölkə rəsmisi 1997-ci ildə uzadılmış və bu ilin sonu başa çatacaq istixana qaz emissiyalarının məhdudlaşdırılmasına dair Kyoto protokolunun müddətini uzatmaq üçün görüşüb.

Cənab Ban razılığın 2020-ci ilədək uzadılmasını istəyir.

Birləşmiş Ştatlar Kyoto protokolunu heç bir zaman ratifikasiya etməyib və Rusiya ilə Yaponiya da daxil olmaqla iqtisadiyyatı inkişaf etmiş başqa ölkələr də müqaviləni təsdiqləməkdən boyun qaçırıb. Onlar müqavilənin Çin və Hindistan kimi ətraf-mühitə başlıcazərər vuran və iqtisadiyyatı inkişaf edən ölkələri əhatə etmədiyini deyib.