Quşlar niyə " V " formasında uçur ? [Video]

Your browser doesn’t support HTML5

Sürücülərin çoxu yük avtomobillərinin arxasınca getməyin benzinə qənaət etdiyini bilir. Çünki yük avtomobilləri ətrafındakı havanı kənara itələyərək arxasında vakuum yaradır. Beləliklə arxadakı maşın daha az müqavimətlə üzləşir.

Londonda yerləşən Royal Bayrarlıq Kollecindən araşdırmacı Stiven Portuqala görə quşlar bunu insanlardan əvvəl bilirdilər.

Şimali Daz İbis quşlarının qatarından istifadə edərək Stiven və onun komandası quşların qanadlarının hərəkətini izləmək üçün hər bir quşun arxasına GPS naviqasiya cihazı və akselerometr bağlayıb. Əldə olunan qeydlər göstərir ki, hər bir quş önündəki quşun qanadlarının ucuyla yaratdığı üzüyuxarı hava axınınından yararlanır.

Stiven Portuqala: Alimlər təxmin edirlər ki, quşlar V hərfi formasında uçmaqdan yararlanırlar, ancaq əvvəllər heç kim bu mexanizmi başa düşmürdü.

Avstryanın Vahlderrap qrupunun və cihazların köməyi ilə britanyalı alimlər quşların İtaliyaya köçməsini izləyiblər.

GPS cihazları çox dəqiqliklə qatarda olan hər bir quşun sürətini və yerli vaxtı qeyd edib. Akselerometr isə hər bir quşun qanadlarına sərf etdikləri gücü və tezliyini qeydə alıb. Və beləliklə alimlər quşların hərəkətini kompüterdə canlandırıb.

Royal Baytarlıq Kollecinin professoru Cim Aşervud deyir ki, onlar hər bir quşun önündəki quşun hərəkətinə necə dəqiqliklə cavab verdiyinə heyrətləniblər.

Cim Aşervud: Əgər özünüzü hava axınına istiqamətləndirsəniz , siz bundan faydalana bilərsiz.

Alimlər indi köç vaxtı quşların hansı quşun qatarın başında getməsinə necə qərar verdiklərini araşdırmağı planlaşdırırlar.