Enerji eksperti Umud Şükrinin yeni kitabı çapdan çıxıb

Umud Şükri

Enerji eksperti Umud Şükri bu yaxınlarda ingilis dilində nəşr olunan “Amerikanın Xəzər Hövzəsində Enerji Diplomatiyası – 2001-dən bəri dəyişən dinamiklər” adlı kitabının bu sahədə yayımlanmış ilk kitab olduğunu ifadə edir.

O, Amerikanın Səsinə müsahibə həm yeni kitabı haqqında danışıb, həm də bu yaxınlarda Çin və İran arasında imzalanan 25 illik əməkdaşlıq müqaviləsini dəyərləndirib.

Mənim çalışdığım mövzu daha öncə heç bir yerdə çalışılmamışdı. Heç bir dildə belə bir çalışma yox idi. Amerikanın enerji diplomatiyası haqqında, xüsusilə Xəzərlə əlaqədar yazılmış kitablar mövcud deyil.


“Mənim çalışdığım mövzu daha öncə heç bir yerdə çalışılmamışdı. Heç bir dildə belə bir çalışma yox idi. Amerikanın enerji diplomatiyası haqqında, xüsusilə Xəzərlə əlaqədar yazılmış kitablar mövcud deyil...Keçən il mart ayında Türkiyədə kitabın türkcəsi yayımlandı. O kitab sadəcə Buş və Obama dönəmlərini əhatə edirdi. Yeni kitabda Tramp dönəmi əlavə edildi. Bayden dönəmi də əlavə edildi ki, o, enerji sahəsində nə iş görmək istəyir və onun enerji sahəsindəki siyasəti Xəzərdə Amerikanın siyasətinə təsir edəcək ya etməyəcək,” ekspert söyləyir.

Umud Şükrinin söylədiyinə görə, 303 səhifədən ibarət kitabın təqribən 100-150 səhifəsi Xəzərlə əlaqəlidir. “Qalanında, dünyada həm enerjini ixrac edən önəmli ölkələr, həm də enerji idxal edən önəmli ölkələrin enerji siyasəti və xarici siyasətində enerjinin rolu ələ alınıb”, o bildirib.

SEE ALSO: Umud Şükri: İran nüvə sazişinin şərtlərini qəbul etsə də, bu müvəqqəti olacaq

COVİD-19 pandemiyası beynəlxalq enerji bazarında böyük dəyişikliklərə yol açdı. Umud Şükrinin sözlərinə görə, yeni kitab “həmçinin ilk kitablardandır ki, koronavirusun neft bazarına təsirini ələ alıb.”

Kitabın 300 səhifədən 100-150 səhifəsi, Xəzərlə əlaqəlidir. Qalanında, dünyada həm enerjini ixrac edən önəmli ölkələr, həm də enerji idxal edən önəmli ölkələrin enerji siyasəti və xarici siyasətində enerjinin rolu ələ alınıb.


“Əlavə olaraq, Trampın İranla nüvə anlaşmasından çıxmasından sonra İranın neft ixracatına sanksiyalar qoyuldu. Kitabda bunun İranın neft ixracatına təsirinə ətraflı şəkildə diqqət çəkilib,” ekspert bildirir.

Ekspert kitabın hazırlanması üçün təqribən 150 akademik, diplomat, araşdırmaçı və siyasətçi ilə müsahibə etdiyini söyləyir.

“Kitab həm akademik çalışmalarda, həm də enerji şirkətlərinin işinə gələcək. Həm də dövlət səviyyəsində, enerji nazirlikləri, universitetlər və bu sahədə araşdırma edən hərkəsin işinə yarayacaq. Çünki, sadəcə Amerika deyil, kitabın üçüncü bölümündə Xəzər dənizindəki 5 ölkə, İran, Türkmənistan, Azərbaycan, Rusiya və Qazaxstanın enerji siyasətlərinə yer verilib. Əlavə olaraq Türkiyə, Çin, Hindistan və Avropa Biliyinin enerji siyasəti ələ alınıb”, Umud Şükri əlavə edib.

Amerikanın Xəzər Hövzəsində Enerji Diplomatiyası”​ Springer nəşriyyatı tərəfindən nəşr olunub. ​