Daşqın Məlikov asma xəstəliyindən əziyyət çəkir
AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Daşqın Məlikov səhhətinin pisləşməsi səbəbindən Pentensiar Xidmətin xəstəxanasına köçürülüb. Bu barədə Daşqın Məlikovun atası Əlisafa Məlikov bildirib.
Onun sözlərinə görə, Şüvəlan təcridxanasından ailəsinə bildiriblər ki, Daşqının vəziyyəti ağırlaşıb və onu xəstəxanaya yerləşdiriblər.
“Daşqının xəstəliyi ağırdır, həbsxana şəraitində həyatına təhlükə var”, deyə ata qeyd edib.
Daşqın Məlikov 2-ci qrup əlildir, asma xəstəliyindən əziyyət çəkir.
Məlikov Cinayət Məcəlləsinin 234.1-ci (narkotik saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunaraq Sumqayıt məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar gənc fəalı vicdan məhbusu kimi tanıyıb.