Emoji ilin sözüdür

Emoji Oksford lüğəti tərəfindən ilk dəfə olaraq "İlin sözü" seçilir

Oksford ingilis dili lüğətinin seçdiyi "İlin sözü" əslində söz deyil, işarədir.

Rəsmi olaraq "sevincdən ağlayan üz" kimi tanınan bu emoji işarəsi Oksford lüğətində bloq yazısında qeyd edildiyi kimi, "2015-ci ildə ruh-yüksəkliyi, əhval-ruhiyyə və məşğuliyyətləri əks etdirmək" üçün ən çox işlənən işarə olub.

Oksford lüğətinə əsasən, "emoji elektron kommunikasiyalar zamanı ideya və emosiyanı ifadə etmək üçün işlənən digital təsvir, ya da işarədir".

Yapon dilindən götürülmüş emoji iki sözün birləşməsindən əmələ gəlib: "e" (təsvir) və "moji" (hərf, ya da işarə).

Oksford lüğəti dünya miqyasında hansı işarənin ən çox işlənildiyini müəyyən etmək üçün SwiftKey şirkəti ilə əməkdaşlıq aparıldığını bildirib. ABŞ-da "sevincdən ağlayan üz" adlı emoji bütün işarələrdən 17 faiz daha çox işlənib.

Keçən illə müqayisədə bu rəqəm 9 faiz təşkil edirdi.

Bloq yazısında deyilir ki, emoji artıq təkcə yeniyetmələrin yazışmasında istifadə edilən adi işarə deyil və artıq emosiyanın ifadəsi forması kimi dil sədlərini aşıb keçməyə imkan verir.

Söz kimi emoji 1997-ci ildən işlənməyə başlayıb və 2015-ci ildə onlardan istifadə üçqat artıb.

Emoji-lər 1999-cu ildə Yaponiyada dizayner Şigetaka Kuritanın 180 işarə hazırlamasından sonra geniş istifadə edilməyə başlarıb.