Əmir Mərdani: Güneydə milli düşüncə kütləviləşdikcə İran hakimiyyətinin basqıları da artır

Əmir Mərdani

Amerikanın Səsinə danışan siyasi fəal Əmir Mərdaninin sözlərinə görə, son illər Güneydə milli hərəkatın güclənməsi toplumda milli düşüncənin kütləviləşməsi və Türkiyənin dəstəyini cəlb etmək kimi uğurlara yol açmaqla birlikdə, İran hakimiyyəti tərəfindən basqıların artmasına da səbəb olub.

Your browser doesn’t support HTML5

Əmir Mərdani: Güneydə milli düşüncə kütləviləşdikcə İran hakimiyyətinin basqıları da artır

Mərdani İran Azərbaycanında milli düşüncəni mənimsəyən və siyasi fəaliyyətə yönələnlərin sayının getdikcə artdığını ifadə edir.

Yəni, əgər görürük ki, Türkiyə son zamanlarda daha açıq şəkildə dəstək verir, bu milli hərəkatın güclənməsi və kütləviləşməsindən asılıdır.


“Milli Hərəkat uzun zamandır İran hakimiyyəti və sisteminə qarşı müxalifətini və mücadiləsini ortaya qoyduğu üçün İran hakimiyyəti də hər zaman milli-siyasi fəalları, türk fəalları Azərbaycanda tutur, yeri gəldiyində ağır həbslərə məruz qoyur və ya şübhəli olümlərlə ortadan qaldırır. Bu son illərə baxdığımızda, bu basqılar getdikcə artmaqdadır. Yəni getdikcə milli hərəkat daha güclənir, daha kütləviləşir, toplumda daha çox yer tapır. Millət də daha çox hərəkata yönəlir və siyasi akta başlayır. Dolayısı ilə İran hakimiyyətinin basqıları daha da artır,” siyasi fəal söyləyir.

O, hesab edir ki, Güneydə Milli Hərəkatın kütləviləşməsinin nəticəsində Türkiyədə Güney məsələsinə diqqət keçmişə nəzərən daha artıb:

“Təbii ki, türk olaraq Türkiyə hökümətinin hər zaman fikrində ola bilər ki, Güney Azərbaycanda yaşayan türkləri dəstəkləsin. Amma, bu dəstəyi nə qədər dilə gətirməsi, nə qədər aşkarca ortaya qoyması, milli hərəkatın gücündən dolayıdır. Yəni, əgər görürük ki, Türkiyə son zamanlarda daha açıq şəkildə dəstək verir, bu, milli hərəkatın güclənməsi və kütləviləşməsindən asılıdır,” Mərdani qeyd edir.

Əmir Mərdaninin dediklərinə görə, İran Azərbaycanında həbslər və basqılar artdıqca ailələr də hakimiyyətin mahiyyətini tanıyıb və basqılarla bağlı xəbərləri yaymağın vacibliyini anlayır:

“Birisi tutulanda, normalda onun ailəsinə və özünə deyirlər ki, sən bu xəbəri yaymasan, ümumiləşdirməsən, biz səninlə daha yumuşaq davranacayıq. Yalan vəd verirlər. Amma artıq ailələr vəziyyəti daha çox bilir. Ailələr və milli fəallar görürlər ki, bu vədlər yalandır və xəbərlərin daha çox paylaşılmasını istəyirlər.”