Müxtəlif beynəlxalq qurumlarla qaçqın problemləri üzrə əməkdaşlıq etmiş Əmir Makuyi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında insan haqları fəaliyyətlərini dəyərləndirib. O, həm fəallar arasında həm də toplumda insan haqları anlayışının öyrədilməsi eləcə də, İranda türklərə qarşı hüquq pozuntularının beynəlxalq konvensiyalara müvafiq olaraq sənədləşdirilməsinin önəminə diqqət çəkib.
Your browser doesn’t support HTML5
İran və Əfqanıstanda Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT kimi qurumlar üçün çalışdığı illərdə İranın təhlükəsizlik qurumunun basqı və təhdidlərinə məruz qaldığını ifadə edən Makuyi həmin problemlər üzündən Avropaya köçməyə məcbur olduğunu deyir.
Norveçdə mühacirətdə yaşayan güneyli hazırda başqa fəaliyyətləri ilə yanaşı İran Azərbaycanında baş verən hüquq pozuntuları ilə bağlı fəaliyyət göstərən AHRAZ cəmiyyəti ilə əməkdaşlıq edir.
Biz genəl şəkildə danışırıq, hüquqi şəkildə referans vermirik ki hansı konvensiyanın hansı maddəsinə işarə edirik, bunların hansı pozulur?.. Bunları demirik.Əmir Makuyi
“Qızıl Xaç ilə əməkdaşlıq etdiyim zaman siyasi məhbusların vəziyyəti ilə bağlı çalışdım... İndi AHRAZ ilə bu təcrübələrimdən yararlanaraq əməkdaşlıq edirəm.. Əsas mövzumuz İran Azərbaycanında həbsdə olan türklərin vəziyyətidir; onlar haqqında raporlar hazırlamaq və beynəlxalq konvensiyalar əsasında bunların durumunu təhlil etmək, hansı haqları pozulur... Ettelaat, polis mərkəzlərində, özəlliklə həbsxanalarda İran türkləri ilə necə rəftar edilir..,” deyə o açıqlayır.
Əmir Makuyi həmçinin toplumda və fəallar arasında insan haqları anlayışı və dilinin mənimsənməsinin önəmi haqqında danışır:
“Dilimizi insan haqları dili etməliyik... İnsan haqlarını öyrənib başqalarına öyrədək. Beynəlxalaq təşkilatlarla danışanda istinad edərək deyək ki İran bu konvensiyaları, bu sənədləri imzalamış, amma indi onların əksinə rəftar edir.”
Onun dediklərinə əsasən, diqqətləri cəlb etmək üçün ümumi söhbətlər yerinə müəyyən insan haqları pozuntuları sənədləşdirilıb beynəlxalq qurumlara təqdim edilməlidir.
Dilimizi insan haqları dili etməliyik... İnsan haqlarını öyrənib başqalarına öyrədək.Əmir Makuyi
“Yardım almaq ya diqqətləri cəlb etmək üçün nə qədər danışsaq ya nə qədər tapdalansaq da sözümüzə qulaq asmayacaqlar... Biz ümumi şəkildə danışırıq, hüquqi şəkildə referans vermirik ki hansı konvensiyanın hansı maddəsinə işarə edirik, bunların hansı pozulur? Bunları demirik,” deyə Makuyi söyləyir.