Emin Hüseynov İTV-nin direktorluğuna seçkilərin nəticələrinin ləğvini tələb edir

RATİ direktoru Emin Hüseynov

İTV-nin baş direktoru Cəmil Quliyev seçilib. Digər namizəd seçkilərin nəticələrini qəbul etmir
Reportyorların Azadlıq və Təhlükəsizlik İnsitutunun (RATİ) direktoru, “İctimai TV”nin baş direktorluğuna keçmiş namizəd Emin Hüseynov baş direktor seçkilərinin qanun pozuntusu ilə keçməsinə dair mətbuat konfransı keçirib.
Seçkilərə 4 namizəd qatılıb. Namizədlər sənədlərini “İctimai TV”nin Yayım Şurasına (YŞ) aprelin 19-da təqdim ediblər, seçkilər isə aprelin 22-də keçirilib. Vaxt azlığı üzündəın seçkilərin 10 gün geri çəkilməsi təklif edilsə də, YŞ bunu qəbul etməyib.

Namizədlərdən E.Hüseynov YŞ üzvlərinə seçki keçirildiyi halda legitim saymayacağını söyləyib. Nəticələri mübahisələndirmək üçün məhkəməyə müraciət edəcəyi xəbərdarlığı edib. E.Hüseynov buna əsas kimi seçki olmadan bəzi mətbu oqranlarda namizədlərdən Cəmil Quliyevin baş direktor seçiləcəyi haqda yazıların yer almasını göstərib.

Namizəd seçkilərin Milli Teleradio Şurasının (MTRŞ) qərargahında keçirilməsini də qanun pozuntusu adlandırıb.

“Bu seçki yox, əsl qurama şou idi”, - deyə o qeyd edib.

MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmlinin seçki prosesinə müdaxilə etməsi nəzərə çatdırılıb.

“Bu adam faktiki seçki katibi rolu oynadı”, deyə E.Hüseynov bildirib.
YŞ-nin 3 üzvünün yeni təyin olunduğunu, üzvlər Fuad Muradov deputat, Yusif Babanlı isə İdman Akademiyasının prorektoru və Yeni Azərbaycan Partiyası Nərimanov təşkilatının rəhbər heyətində təmsil olunduğu üçün YŞ-a seçilmələri qanunsuz hesab edilib.

YŞ üzvlərinin hər birinin iki namizədə səs verə bilməsi haqda qərar da “absurd” adlandırılıb.

E.Hüseynov bildirib ki, saçlarını tumarladığına və gülümsəməsinə işarə edən YŞ-nin üzvü, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Fuad Nurullayev ona “qeyri-ciddi adam” deyib.

Hüseynov mətbuat vasitəsi ilə YŞ-na müraciət edərək, seçkilərin nəticələrini ləvğ etməyi təklif edib.

“Belə olmazsa rəsmi olaraq məhkəməyə müraciət olunacaq. Bununla bağlı Avropa Məhkəməsil iə artıq yazışmalara başlamışıq”, o deyib.

Bundan başqa, YŞ-nın tərkibinə etimadsızlıq üçün bir sıra QHT-lərlə birgə imzatoplama kampaniyasına başlanılacağı qeyd olunub.