Amerika səfirliyi: Emin Hüseynov səfirlikdə olmayıb

Amerika səfirliyi

Bəzi KİV-lər Hüseynovun ABŞ səfirliyində olması barədə məlumat yayıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bəzi KİV-lərdə RATİ-nin direktoru Emin Hüseynovun Amerika səfirliyində olması ilə bağlı yayılan məlumatları təkzib edib. “Emin Hüseynov bu gün ərzində Amerika səfirliyində olmayıb”, mətbuat xidmətindən Turana bildiriblər.

Xatırladaq ki, bir neçə saat öncə prokurorluq RATİ-nin ofisində axtarışa başlayıb. Emin Hüseynovun harada olması ilə bağlı məlumat yoxdur. Onun telefonları cavab vermir.