Emin Hüseynov: Azərbaycanda azad və ədalətli seçki keçirilməsi üçün medianın vəziyyəti qənaətbəxş deyil

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov hesab edir ki, Azərbaycanda azad və ədalətli seçki keçirilməsi üçün medianın vəziyyəti qənaətbəxş deyil.

Your browser doesn’t support HTML5

Emin Hüseynovla müsahibə



9 jurnalist, 3 bloger, 3 hüquq müdafiəçisi həbsdədir

“Seçkiöncəsi jurnalistlərə ciddi basqı müşahidə olunur. 9 jurnalist, 3 bloger, 3 hüquq müdafiəçisi həbsdədir. Hələ siyasi məhbusları sadalamıram. Jurnalistlərə qarşı fiiziki basqıları da görürük. Seçkilərə bir neçə gün qalmış jurnalistlər polis və mülki geyimli polis işçiləri tərəfindən döyülürlər. Xüsusilə də onu qeyd etmək istəyirəm ki, teleradio məkanı tam hökumətin nəzarəti altındadır.İnternet dissidentlərinə basqılar var. Online fəalların şəbəkələri müxtəlif saxta ittihamlarla qapadılır."

İlkin Rüstəmzadə, həbs olunmuş bloger

"Seçki kampaniyası dövründə KİV etik prinsiplərə nə şəkildə riayət edir?" sualının cavabında Emin Hüseynov deyib ki, avqust ayında ATƏT-in dəstəyi ilə media monitorinqi layihəsinə başlanılıb.

“Monitorinqə 7 min ümumrespublika yayımçısı, AZTV, İctimai televiziya, özəl televiziya yayımçıları, radiolar və ən çox oxunan 10 sayt və qəzetlər daxildir. Qəzet və saytları qırağa qoysaq, teleradio məkanında media etikasına, plüralizm standartlarına əməl olunmur. Qarşı tərəfin mövqeyi verilmir. Müxalifətin vahid namizədinə qarşı böhtan xarakterli materiallar yayımlanır. Həmin namizədin cavab vermə hüququ tanınmır. İlham Əliyevin propaqandası geniş yayılır. Onlayn mediada iqtidar yönümlü saytlarda iqtidar yönümlü materialların çoxluğunu, müxalifət saytlarında isə müxalifət namizədlərin işıqlandırılmasına daha çox yer verilir.”
Müxalifətin vahid namizədinə qarşı böhtan xarakterli materiallar yayımlanır

Bu günlərdə Washington Post və Reuters-də Azərbaycanda seçkilərə dair məqalələr dərc olunub.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru hesab edir ki, xarici media Azərbaycanda olan həqiqətləri müəyyən dərəcədə göstərir, amma seçki prosesi solğun işıqlandırılır.