Elxan Şahinoğlu: İkinci elə bir ölkə tanımıram ki, bu qədər problemi olsun! [Audio]

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hazırda Kiyevdədir.Ukraynada hazırkı durumla bağlı fikirlərini bölüşən Elxan bəy ölkədə ruh yüksəliyi hiss olunduğunu bildirir. Onun dediyinə görə, buna səbəb separatizmin bir qədər qarşısının alınmasıdır. “Əgər əvvəllər Ukraynanın parçalanması fikri real görünürdüsə, bu gün Ukrayna ordusu və batalyonlarının ciddi müqaviməti ilə bu ölkəni parçalamaq asan deyil.”

Your browser doesn’t support HTML5

Elxan Şahinoğlu ilə müsahibə


Ukraynanın yeni prezidenti Petro Poroşenko üçün çox ağır olacaq- deyə Elxan Şahinoğlu bildirir. “İkinci elə bir ölkə tanımıram ki, bu qədər problemi olsun. Korrupsiya, büdcənin kəsadlığı, alleqarxik sistem, ərazi bütövlüyü məsələsi, Rusiyadan qaz asılılığı.”
Ukrayna ordusu şərqdə məsələləri həll etsə, növbədə Krım uğrunda mübarizə dayanır


Poroşenkonun atacağı növbəti addımlara gəlincə isə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, ilk öncə yeni prezident ərazi bütövlüyü məsələsini həll etməlidir.

Separatçıların Rusiyadan real dəstək alması onlarla mübarizəni çətinləşdirir. “Digər tərəfdən iqtisadiyyatı normallaşdırmaq lazımdır. Kreditlərə ehtiyac var. Maydanda dinlədiyim çıxışlardan məlum olur ki, insanlar parlamentin dəyişdirilməsini tələb edir. Yanukoviçdən qalma parlamentin ölkəni dağıtdığı haqda fikirlər səslənir. Məndə olan məlumta görə parlament seçkiləri payızda keçirilə bilər.Bir də Krım məsələsi Poroşenko andiçmə mərasimində “Krım Ukraynanın olub, var və olacaq” kəlməsini işlətmişdi. Ukrayna ordusu şərqdə məsələləri həll etsə, növbədə Krım uğrunda mübarizə dayanır.

Rusiya səfirliyi qarşısında etiraz aksiyası



Ukraynanın Rusiyadan enerji asılılığı nəzərə alınsa, gələcək münasibətlərin perspektivi nədir?-sualının cavabında Elxan Şahinoğlu deyir ki, Rusiyanın Ukraynaya qaz satışı məsələsi gərginləşsə, Ukrayna Avropa Birliyinə üzv ölkələrdən dəstək alacaq. Ukraynanın Rusiyadan asılılığını azaltmaq üçün yeni model hazırlanır. “Poroşenko tərəfindən formalaşacaq yeni hökumət uğurlu siyasi, iqtisadi və hərbi siyasət həyata keçirsə, Ukraynanın böyük mənada Rusiyadan asılılığı azalacaq və Ukrayna Rusiya üçün Gürcüstan kimi bir ölkəyə çevriləcək.”