Elşən Həsənov: Azərbaycanda 90-dan artıq siyasi məhbusun 48-i dindardır [Audio-Müsahibə]

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Azərbaycanda olan 90-dan artıq siyasi məhbusun 48-nin dini zəmində həbs edildiyini bildirib.

Your browser doesn’t support HTML5

Elşən Həsənov: Azərbaycanda 90-dan artıq siyasi məhbusun 48-i dini zəmində həbs edilib

O, dindarlara qarşı narkotik maddələrdən istifadə, qayda pozmaq, xuliqanlıq, müqavimət, çevrilişə cəhd və hətta Azərbaycana xəyanət kimi ittihamlar irəli sürüldüyünü deyib.

Hökumətin dəyişməsi, dini hölkumətin qurulması barədə söhbət belə getmir. İnsanlar dini hökumətin qurulmasına hazır olmadıqlarını bilirlər.

Həsənov həbsxanalarda vəziyyətin Stalin dövründə tikilən baraklardakı saxlanma vəziyyətindən qat-qat ağır olduğunu bildirib.

Amerikanın Səsi ilə söhbət zamanı Elşən Həsənov həbslərin əsl səbəblərinin məlum olmadığından şikayətlənib. O, həbslərin prokurorluq və ya məhkəmə sanksiyası, habelə şahidlər olmadan həyata keçirildiyini deyib.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri həmin üsulla Mövsüm Səmədov, Hacı Taleh Bağırzadə, Əbdül Süleymanovun həbs edildiyini bildirib.

Hüquq müdafiəçisi heç kimin dövlət çevrilişi çağırışı etmədiyini, belə bir çağırışların heç bir yerdə səslənmədiyini bildirib. O, buna misal kimi Hacı Taleh Bağırzadənin adını çəkərək, onun harada belə bir çağırış etdiyini sual edib.

Elşən Həsənov Bakıda bir neçə məscidin bağlanmasının ona aydın olmadığını, dini təşkilatların qeydiyyatının gecikdirilidiyini, məscidlərin qeydiyyatdan keçməli olduğunu diqqətə çatdırıb.

"Azərbaycan konstitusiyasının 48-ci maddəsində açıq-aydın yazılıb ki, dinlə hökumət ayrıdır, " deyə Monitorinq mərkəzinin rəhbəri bildirib.

Nardaranda baş vermiş qarşıdurmada bir neçə dindar fəal həbs olunub.

O, ömür boyu seçilən deyil, təyin olunan Mübariz Qurbanovun dini işlər üzrə dövlət komitəsinin rəhbəri olduğunu bildirərək, hansı qeydiyyatdan söz getdiyini deyib.

Qərbdə islam radikalizminin artdığına dair narahatlıqlar dövründə Azərbaycan həbs edilən bu insanların dünyəvi siyasi quruluşu dəyişərək, teokratik rejimlə əvəzlənməsini istəyənlər varmı sualının cavabında Elşən Həsənov deyib ki, mən hər cümə məscidlərə gedirəm, namaz qılanam, dindarların çoxunu tanıyır.

“Hökumətin dəyişməsi, dini hölkumətin qurulması barədə söhbət belə getmir. İnsanlar dini hökumətin qurulmasına hazır olmadıqlarını bilirlər,” deyə E. Həsənov bildirib.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri qurumunun qeydiyyatdan keçmədiyini, siyasi məhbuslara yardımlar məqsədi ilə açılan hesabların dərhal dondurulduğunu da diqqətə çatdırıb.

Elşən Həsənov deyib ki, təşkilatının gördüyü əsas iş ictimaiyyətə qanunsuz həbslər, işgəncələr və haqsızlıqlar barədə məlumat verməkdir.