ABŞ Əl-Şəbaba hava zərbələri endirib

ABŞ yerli hökumətlə koordinasiya ilə Somalidə bir neçə Əl-Şəbab yaraqlısını hava zərbələri nəticəsində qətlə yetirib.

Amerikanın Afrikadakı komandanlığının bildirdiyinə görə, əməliyyat paytaxt Moqadişudan 97 km-lik ərazidə dünən həyata keçirilib.

Somali rəsmiləri əməliyyatların ekstremist qruplaşmalara qarşı daha genişmiqyaslıə hücumlara zəmin yaratdığını deyib.

Prezident də daxil edilməklə, ölkə rəhbərliyi ötən ay hazırlıqlara başlandığını bəyan etmişdi.