Deputat yeri uğrunda rüşvət qalmaqalı videoda (müxtəlif münasibətlər)
“Azərbaycan parlamentinin deputatının mandatı uğrunda sövdələşmənin aparılmasını əks etdirən videoçarxın sosial şəbəkələrdə yayılması özünə görə həqiqət anına çevrilib. Uzun illər mülahizələr şəklində yürüdülən fikirlər təsdiqini tapıb”. Bu barədə “Azərbaycan Naminə” İctimai Forumunun rəhbəri Eldar Namazov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
“Deputat siyahılarının öncədən hazırlanması, onların seçilməsi yox, təyin edilməsi çoxdan məlumdur. Əlbəttə, bu siyahıda olanların bir hissəsi siyasi sədaqət prinsipi üzrə parlamentə düşür. Lakin ora pul ilə düşənlər də var. Əvvəllər bunu sübut etmək çox çətin idi, amma indi sənədli şəkildə təsdiq olunur”, - E.Namazov vurğulayıb.
Onun fikrincə, bu hadisə hakim rejimin mənəvi, hüquqi və siyasi əxlaqının bir daha nümayişidir. “Bu bir daha sübut edir ki, hakimiyyət üçün pul ən əsasdır, bunun üçün xalqın sərvəti talanır, vəzifələr, deputat mandatları satılır”.
O, sivil dövlətlərdə olduğu kimi qalmaqallı ifşaya görə hakimiyyətin ictimaiyyət qarşısında üzr istəyəcəyini gözləmir. “Bu video bir daha nümayiş etdirir ki, hakimiyyət bir nəfərə məxsusdur. Ölkədə beş milyon yarım deyil, bir seçici var”.
Cənab Namazovun fikrincə, videolarda deputatların qabaqcadan siyahısının tərtib edildiyi deyilir.
“Bu göstərir ki, parlament legitim deyil. Parlament legitim deyilsə, onda bu qurum baş naziri təsdiq edir, konstitusiya məhkəməsinin hakimlərinin bir hissəsini müəyyən edir, büdcəni təsdiq edir. Bir sözlə burada siyasi sistemin legitimliyindən söhbət gedir”.
İctimai Forumun prezidenti hesab edir ki, filmin davamı olacaq. Çünki, açıqlamalarda iki milyon manatdan danışılır.
“Faktla bağlı, korrupsiya, rüşvət, hakimiyyəti mənimsəmə və başqa maddələrlə cinayət işi başlanmalıdır. Burada bir məqam da açıqlığı ilə görünür. Hakimiyyəti dəstəkləyirsənsə rüşvət də ala bilərsən, büdcəni də talaya bilərsən, yox əgər hakimiyyəti tənqid edirsənsə var-dövlətini əlindən alacaqlar. Bu ölkənin reallığıdır.”
Eldar Namazov 2010-cu il parlament seçkilərində Gülər Əhmədova ilə eyni dairədə deputatlıq uğrunda mübarizə aparıb.
“Exit-Polun nəticələrinə görə də, 29 seçki məntəqəsindən 25-nin protokollarını əldə edə bilmişdik, həmin protokollara görə də mən qalib idim. Nəhayət, Avropa İnsan Haqları məhkəməsi Azərbaycan hökumətini hüquqlarımı pozduğuna görə 10 min avro cərimə də etdi. Amma, reallıq odur ki, hakimiyyət qalibi tanımır, onu əvəzləyəcək adamdan 1 milyon manat rüşvət alır. Qalibə isə Avropa Məhkəməsinin qərarından sonra 10 min ödəyir. Yaxşı alver deyilmi?”, - deyə o sual edib.
Öz növbəsində, Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da videomateriala münasibət bildirib.
O AzərTAc dövlət agentliyinə deyib ki, dünən internet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır.
“Digər tərəfdən, həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və “mənsəb” qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir. Hakimiyyətin bu tipli hallara münasibəti ondan ibarətdir ki, əyri yollarla vəzifə almaq və yaxud seçkili orqanlarda təmsil olunmaq istəyən insanların niyyəti baş tutmayıb, tutmur, tutmayacaq və belələri gec-tez cəmiyyət qarşısında ifşa olunacaqlar.
Mən şübhə etmirəm ki, müvafiq orqanlar internetdə yayılan bu materialla əlaqədar olaraq lazımi tədbirlər görəcəklər”.
Amma, şöbə müdiri Elşad Abdullaevin neqativ insan olduğunu desə də digər tərəfin hərəkətləri barədə danışmayıb.
Baş Prokurorluğun mətbuat xidməti məlumatında isə deyilir ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımladığı video görüntülərdə əks olunan məlumatların araşdırılması üçün baş prokuror tərəfindən Bakı Şəhər Prokurorluğuna göstəriş verilmişdir.
“Müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq”, prokurorluğun məlumatında deyilir.
Bununla yanaşı müstəqil hüquqşünas Ələsgər Məmmədli Turan agentliyinə deyib ki, KİV-də və İnternetdə cinayət hərəkətləri kimi qiymətləndirilən kadrların yayımlanması prokurorluqda təhqiq edilməlidir. “Əgər əsas varsa, cinayət işi qaldırılmalıdır”.
Ə.Məmmədlinin fikrincə, indiki halda araşdırma vacibdir, belə ki, onun iştirakçıları ictimai xadimlərdir - deputat və universitet rektorudur.
İnternetdə videokadrların yayılmasının qanuniliyi barədə suala gəlincə, ekspert bildirib ki, Avropa İnsan Haqları Konstitusiyasının 32-ci maddəsi şəxsi həyata aid məlumatların yayımlanmasını məhdudlaşdırır və indiki hal buna şamil edilmir.
Digər tərəfdən, Gülər Əhmədovanın etdiyi analoji gizli qeydlər “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı cinayət işinin qaldırılmasına səbəb olub
Ölkənin siyasi qurumları və siyasətçiləri də videçarxla bağlı münasibət bildirib.
Müsavat Partiyası video görüntünü ölkə parlamentinə seçkilərin saxta keçirilməsi, namizədlərin siyahısının seçkidən öncə ali icra hakimiyyətində hazırlanması, iqtidara sərf edən adamların parlamentə xalq seçimindən kənar düşməsinin göstəricisi adlandırır.
“Bu müxalifət qüvvələrinin mövqeyinin həqiqət olduğunu, korrupsiya və rüşvətxorluğun ölkənin təkcə iqtisadi həyatını yox, siyasi idarəçilik sistemini də bürüdüyünü göstərir”, - deyə partiyanın bəyanatında qeyd edilir.
Sənəddə hakimiyyətdən parlamentin buraxılması, parlamentə azad, ədalətli seçkilər keçirilməsi tələb edilir.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deputatların bir qisminin parlamentə siyasi baxımdan düşdüyünü, qalanlarının isə korrupsiya vasitəsilə “seçildiyini” deyib.
“Bu təkcə icra hakimiyyətinin yox, həm də qanunvericilik orqanının korrupsiya və rüşvətə bulaşmasıdır, belə qanunverici orqan cəmiyyətə sağlamlaşdırıcı impuls verə bilməz”, - deyə o bildirib.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, “Ana Vətən” partiyasının sədri, deputat Fəzail Ağamalı, “Ümid” Partiyasının sədri İqbal Ağazadə bu məsələdə əsas rolun hüquq-mühafizə orqanlarının üzərinə düşdüyünü bildirib.
İctimai Palatanın Koordinasiya Şurasının bəyanatında deyilir ki, videosüjetlər ölkədə deputat seçimlərinin xalq iradəsi ilə yox, icra hakimiyyətinin təyinatı ilə baş tutduğunu təsdiqləyir. İctimai Palata həmçinin parlamenti legitim saymır və yeni parlament seçkiləri keçirilməsini tələb edir.
Öz növbəsində, hakim “Yeni Azərbaycan” Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına deyib ki, yayılan videoda əks olunanlar iki nəfər arasında baş verən məsələdir. “Bunu məhkəmə araşdırmalıdır”.
Cənab Novruzov hesab edir ki, bu, geniş şərh olunası məsələ deyil. “Bu, elə bir məsələ deyil ki, hərə bir fikir söyləsin. Heç kim orada nə baş verdiyini, hadisənin mahiyyətini bilmir. Mən orada nələrin olduğunu deyə bilmərəm. Ona görə də bu iki nəfərin arasında olan məsələ məhkəmə yolu ilə hüquqi qaydada araşdırılmalıdır. Ekspertlər bunu araşdırmalıdır”.
“YAP təmsil edən deputatın rüşvət almasına inanırsınızmı” sualına Siyavuş Novruzov
belə cavab verib. “Məsələ araşdırılmadan heç kim heç kimin hansı hərəkəti edib-etmədiyinə təminat verə bilməz. Məsələ araşdırılıb hüquqi qiymət verildikdən sonra ona münasibət bildirmək olar. Mən bunu elə də ciddi hadisə hesab eləmirəm. Kimsə nəsə edibsə, bu araşdırılmalıdır”.
Your browser doesn’t support HTML5