Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə qalmaqallı videoçəkiliş apardığı otaqdan reportaj [video]

Your browser doesn’t support HTML5

Elşad Abdullayevin çəkiliş apardığı otaqdan reportaj

Ofisdə prokurorluq əməkdaşları axtarış aparıb. Burada azı iki otaqda gizli kamera işləyib
Oktyabrın 2-də Bakı şəhər prokurorluğunun əməkdaşları akademik Hüseyn Əhmədovun - Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin qayınatasının ofisində axtarış aparıb.

Vəkil Adil İsmayılov Amerikanın Səsi radiosuna bildirib ki, axtarış müvafiq məhkəmə qərarı olmadan aparılıb və bu qanunsuzdur.

Akademik Hüseyn Əhmədov da ofisdə məhkəmə qərarı təqdim edilmədən axtarış aparılmasına etiraz edib.

Prokurorluq əməkdaşları Elşad Abdullayevin deputat Gülər Əhmədovla özünün deputat olması üçün yüksək vəzifəli dövlət məmuruna rüşvət çatdırması barədə söhbətin video yazılışı aparıldığı otağa baxış keçirib. Eyni zamanda, qonşu otaqda da video kamera olduğu güman edilir.

Amerikanın Səsinin müxbiri axtarışdan sonra Bakı şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, 9 ünvanında yerləşən ofisdə çəkiliş aparıb.

Ofisin qapıları açıqdır. Buyurun, milyonlarla dollarlıq söhbətlər aparılmış otaqlara baxın.