Rektor prezident Əliyevə müraciət edib. O müstəqil istinaq qrupunun yaradılmasını, təhlükəsizliyinə təminat verilməsini, oğurlanmış qardaşının tapılmasını və pullarının qaytarılmasını istəyir
Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev prezident İlham Əliyevə müraciət edib.
Sentyabrın 25-də sosial şəbəkələrdə E.Abdullayevin deputat olmaq üçün Milli Məclisin deputatı Gülər Əhmədova vasitəsi ilə yüksək vəzifəli dövlət məmuruna bir milyon dollar rüşvət çatdırılmasından bəhs edən danışığın videosu yayılıb. Bundan sonra fakt üzrə cinayət işi qaldırılıb. Bəzi dövlət məmurları birbaşa olmasa da dolayısı ilə Gülər Əhmədovanı müdafiə etməyə başlayıb və əksinə E.Abdullayevi cinayətlərdə suçlayıblar.
Onu da xatırladaq ki, E.Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Mahir Abdullayev 2003 - cü ildə itkin düşüb və indiyədək onun taleyindən xəbər yoxdur. E.Abdullayevə qarşı prokurorluq orqanlarında universitetdəki qanunsuzluqlarla bağlı bir neçə il öncə cinayət işi qaldırılıb.
E.Abdullayev prezidentə ünvanladığı müraciətində bildirir ki, baş prokuror Zakir Qaralov başda olmaqla prokurorluğun bütün əməkdaşlarının onun təqdim etdiyi sənəd və sübutlar əsasında başlanmış cinayət işi üzrə istintaq aparmaq və istintaqa prosessual rəhbərliyi həyata keçirməyə mənəvi və qanuni haqları yoxdur.
“Buna görə də konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndində nəzərdə tutulmuş hüququnuzdan istifadə edərək bu işin araşdırılması üçün müstəqil istintaq komissiyası yaratmağınızı xahiş edirəm. Əgər belə bir komissiya yaradılacaqsa, mənim şəxsi toxunulmazlığıma və həyatıma sizin tərəfinizdən təminat veriləcəksə, Azərbaycana qayıtmağa və istintaqa istənilən köməyi etməyə hazıram. Əks təqdirdə mənə qarşı təzyiq və təqiblər davam edəcəksə, Azərbaycan vətəndaşlığından imtina etməyə məcbur olacam”, - o bildirib.
Rektor qeyd edir ki, qardaşının oğurlanmasında şübhələndiyi bəzi şəxslər barəsində dəfələrlə Azərbaycanda müxtəlif instansiyalara müraciət edib, lakin heç bir nəticəsi olmayıb.
“Hazırda xaricdə yaşadığımı və şəxsi toxunulmazlığım üçün təminatın olmasını nəzərə alaraq bu işdə şübhələndiyim daha bir şəxs haqqında 11 iyul 2012-ci il (!) tarixdə Azərbaycan prokurorluğuna məlumat verdim. Söhbət Mili Məclisin üzvü deputat Əhmədova Gülər Mikayıl qızından gedir. Bu şəxs 2005-ci ilin noyabr ayında Milli Məclisə seçkilər ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsi ilə Prezident Administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna vermək adı ilə məndən 2.000.000 ABŞ dolları alıb. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ- salamat geri qaytarılacağına söz verib. Lakin o, vədinə əməl etməyib, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələyib”, - E.Abdullayev bildirib.
O, bundan öncə bu söhbətin videogörüntüləri olan kompakt diski və sənədləri cinayət işinin başlanması üçün baş prokuror Zakir Qaralova göndərdiyini bildirib.
“Lakin baş prokuror qanunauyğun tədbir görmək, yəni cinayət işi başlamaq və istintaq aparmaq əvəzinə mənim ərizəmi Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin rəisi Eldar Əhmədova göndərdi. O da qanunsuz olaraq mənim vəkilimə yenə həmişəki məzmunda ərizənin qardaşım Mahir Abdullayevlə bağlı qaldırılmış cinayət işinə əlavə edilməsi barədə cavab verdi”.
Sonra E.Abdullayev Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova müraciət edib və ondan da cavab almadıqdan sonra videonun bir hissəsini ictimailəşdirib,
Keçmiş rektor prokurorluq orqanlarına kömək məqsədi ilə təqdim etdiyi sənədlərdən onun özünə qarşı istifadə cəhdlərini və rəsmi şəxslərin qarşı tərəfi cəzalandırmaq əvəzində onu günahlandırmasını pisləyib.
“Fikirləşirdim ki, nəhayət, buz tərpənib və iş obyektiv həllini tapacaq. Lakin təəssüf ki, sonrakı hadisələr mənim növbəti dəfə aldanıldığımı göstərdi. Belə ki, Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun və baş prokuror Zakir Qaralovun son açıqlamaları mənə belə düşünmək üçün tam əsas verir. Mən mələk deyiləm, amma özləri başdan ayağa çirkab içində olan bu adamların da məni əliəyri, rüşvətxor adlandırmağa mənəvi haqları yoxdur”, - qeyd edib.
E.Abdullayev qardaşı oğurlandıqdan sonra çoxsaylı qohumlarının dünyasını dəyişdiyini, qardaşı və bacısının yataq xəstəsi olduğunu, ailəsinin daim təzyiqlər altında qaldığını yazır.
Eyni zamanda o, sənəd və sübutlarına hüquqi qiymət verilməsə yeni videolar açıqlayacağını da vəd edir.
Öz növbəsində, oktyabrın 1-də baş prokuror Zakir Qaralov bildirib ki, cinayət işi birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır. “Bu cinayət işini siyasiləşdirmək olmaz”.
Baş Prokurorun bildirib ki, Gülər Əhmədova istintaqa kömək etmək üçün könüllü olaraq deputat mandatından imtina edib. O, Elşad Abdullayevin də istintaqa ifadə verməsinin vacibliyini qeyd edib.
“Elşad Abdullayev Gülər Əhmədova ilə üzləşdirilməlidir. Bu cinayət işi ilə bağlı bir çox suallar var və suallardan biri də odur ki, nəyə görə Abdullayev 7 il ərzində bu görüntüləri özündə saxlayıb. Yalnız ölkəni tərk edəndən sonra onları ictimailəşdirməyə başlayıb. Əgər o, korrupsiya ilə mübarizə aparan şəxs idisə, deputatlığa namizədliyini irəli sürən dövrdə ona edilən təklif barədə hüquq-mühafizə orqanlarına müraciət etməli idi. Nə həmin dövrdə, nə də sonra bununla bağlı müraciət etməyib”, - deyə o deyib.
Baş prokuror həmçinin Elşad Abdullayev və onun rəhbərlik etdiyi universitetlə bağlı xeyli miqdarda korrupsiya faktları olduğunu diqqətə çatdırıb.