Elmir Abbasov: "Polis bölməsinə aparılarkən təhqirə və zorakılığa məruz qalmışam"

Your browser doesn’t support HTML5

Nida Vətəndaş Hərəkatının fəalı Elmir Abbasov deyir ki, onu fevralın 19-u bir neçə mülki geyimli polis yaşadığı evin yaxınlığında saxlayıb və Sumqayıt Baş Polis idarəsinə aparıblar. O deyir ki, polislərə marketdən aldığı ərzaqları evə qoymaq istədiyini desə də, ona məhəl qoyulmayıb.