Paris görüşündə münaqişənin nizamlanmasına dair danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirlib.
Xarici Işlər Nazirliyindən Amerikanın Səsinə verilən məlumata görə, görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
Paris görüşündə münaqişənin nizamlanmasına dair danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.
Məmmədyarov Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha təsdiqləyib, həmçinin sülh prosesinin irəliləməsi üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın 11-də Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşəcəklər.
Eyni zamanda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb: “ Biz ümid edirik ki, bu ay Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq.”
O, qeyd edib ki, prezidentlər sülh prosesinin ən vacib məsələlərini müzakirə edə bilərlər.