Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda azı 25 nəfər ölüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçüncü görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında Ukraynada baş verən son hadisələrə münasibət bildirib.
Nazirin jurnalistlərə verdiyi açıqlamada bildrib ki, Ukraynada stabilliyin bərpa edilməsi ölkə və region üçün daha önəmli məsələlərdəndir.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib və bu günlərdə Ukraynaya səfərdən çəkinməyə, artıq orada olan həmvətənləri isə insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb.
Beynəlxalq mətbuatın yazdığına görə fevralın 18-də və 19-na keçən gecə Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda azı 25 nəfər ölüb, çoxlu sayda adam yaralanıb.