Fitoplanktonlar alimlərə iqlim dəyişikliyini təxmin etməyə kömək edəcək [Video]

Your browser doesn’t support HTML5

Alimlər gələcəkdə baş verə biləcək iqlim dəyişikliyini təxmin etmək üçün mümkün olan hər məlumatı nəzərdən keçirirlər. Onların kəşf etdiyi cihaz okeanda üzərək kiçik nümunələr toplayacaq.

Suyun üzərində üzə bilən və dərinliyə enən Pelagra adlanan cihaz Milli Okeanoqrafiya Mərkəzində sınaqdan keçir.

Tezliklə bu cihazlardan ikisi Cənubi Atlantik okeanında suya buraxılaraq dəniz qarlarının nümunələrini toplayacaq.

Stefeni Henson: “Dəniz qarları lopalar əmələ gətirmək üçün bir yerə toplanan ölü fitoplanktonlardan ibarətdir. Belə halda onlar o qədər ağır olur ki, okeanın dibində üzə bilir. Onlar həmçinin kiçik otları yeyən kiçik heyvanlardan meydana gəlir. Onlar karbon buraxdıqdan sonra onların nəcisli qranulları okeanın dibində üzmək və karbonları özlərilə daşımaq üçün kifayət qədər ağırdır. ”

Gözlə görülə bilməyən fitoplanktonlar o qədər verimlidirlər ki, Yer Kürəsinin fotosintez zamanı udduğu karbonların yarısı onların payına düşür.

Bunu anlamaq alimlərə qlobal ətraf-mühit dəyişikliyi kompyuter modellərini qurmağa kömək edə bilər.

Ən çətin iş isə 50 və 500 metr arası dərinlikdə üzən sualtı cihaz düzətmək olub. Alimlər deyir ki, fotosintez zamanı udulan bütün karbon bu aralıqda dənizin dibinə səyahətə başlayır.

Riçard Sanders: “biz bunu su tankerinin içinə qoyuruq və batana qədər ağırlıq əlavə edirik. O həddə qədər ki, orada suyun sıxlığı ilə cihazın aöı”

PELAGRA dəniz qarları ilə birlikdə okean suyunu sovuracaq və suyun üzünə təfsilatlı araşdırma üçün göndərəcək.

Alimlər ümid edir ki, PELAGRA cihazı daha bir maraqlı suala - niyə okeanın bəzi hissəsində dəniz qarları digər hissələrdəkindən daha çoxdur?” kimi suala cavab tapmağa kömək edəcək.