Elxan Şahinoğlu: Cəbhədə vəziyyətin gərginləşməsi nəzərə alınsa, Azərbaycana dəstək verən ölkə Türkiyə olacaq [Audio-Müsahibə]

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun Bakı səfəri ilə bağlı Amerikanın Səsinə bildirib ki, Azərbaycanla Türkiyə strateji əlaqələrə malikdir. O, hərbi əlaqələrin də son zamanlar intensiv şəkildə inkişaf etdiyini və hər 3 ayda bir tərəflərin hərbi təlimlər keçirdiyini deyib.

Your browser doesn’t support HTML5

Elxan Şahinoğlu: Cəbhədə vəziyyətin gərginləşməsi nəzərə alınsa, Azərbaycana dəstək verən ölkə Türkiyə olacaq

Ekspert siyasi təmasda da qarşılıqlı əlaqələrin olduğunu, lakin iqtisadi münasibətlərdə yetərli inkişaf olmadığını qeyd edib.

Elxan Şahinoğlu Türkiyə üçün ən önəmli məsələnin viza məsələsi olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan rəsmiləri bunu texniki məsələlərlə əlaqələndirərək uzadır, bu da Türkiyəni son dərəcə narahat edir.

Sinirlioğlunun müzakirə etdiyi məsələ PKK-nın törətdiyi əməllərdir ki, atıq Azərbaycanı da narahat etməyə başlayıb

​Ekspert bildirir ki, cəbhədə vəziyyətin gərginləşməsi nəzərə alınsa, Azərbaycana dəstək verən ölkə Türkiyə olacaq.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri deyib ki, proqnozlaşdırdığı kimi Sinirlioğlunun müzakirə etdiyi məsələ PKK-nın törətdiyi əməllərdir ki, atıq Azərbaycanı da narahat etməyə başlayıb.

“Bakı-Tbilisi-Ərzurum boru xəttinin iki dəfə partladılması, Naxçıvanla sərhəd İğdırda polis məntəqəsinə hücum, PKK-çıların Naxçıvana sızma, Qarabağda yerləşməsi ehtimalı Azərbaycanı narahat edir”-deyə o bildirib.

Elxan Şahinoğlu ikinci məsələnin_Dağlıq Qarabağla bağlı Türkiyənin Azərbaycandan məlumat almasına ehtiyac olduğunu deyib.

Feridun Hadi Sinirlioğlu

Onun fikrincə, Rusiyanın xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin təfərrüatının açıqlanmamasını ekspertlər arasında belə bir şayiəyə yol açıb.

“Güya Rusiya Dağlıq Qarabağ ətrafında bir neçə rayonu azad edəcək, bunun müqabilində sülhməramlı qüvvələr adı altında öz silahlı qüvvələrini Qarabağa yerləşdirəcək”.

Elxan Şahinoğlu Rusiya qüvvələrinin Qarabağa yerləşdiyi təqdirdə onların bir daha oradan çıxacağını düşünmədiyini bildirib.

Türkiyənin özünün Amerika ilə münasibətləri hamar deyil

O deyib ki, Türkiyə bütün bu məsələlər haqda məlumat almağa ehtiyac duyur.

Mediada Türkiyənin xarici işlər nazirinin səfərinin tam fərqli mahiyyət daşıdığı, başqa sözlə ABŞ-ın mesajını Azərbaycana çatdırmaq olduğa dair xəbərlərə münasibət bildərən ekspert bu versiyalara inanmadığını, Türkiyənin özünün Amerika ilə münasibətlərinin hamar olmadığını bildirib.

O deyib ki, bir halda ki, Türkiyənin Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə münasibətlərində hər şey normal deyil, sualların sayı azalmayıb, Türkiyə bu məsələdə necə vasitəçi ola bilər?

Sergey Lavrov və Elmar Məmmədyarov

Hazırda dünyada yaşanan qaçqın böhranının Türkiyəyə təsirindən danışan E.Şahinoğlu bildirib ki, Avropa Türkiyəyə yardımını artırmalıdır. Azərbaycanın yardımına gəldikdə isə o, Azərbaycanın bu missiyada müəyyən rol oynaya biləcəyini qeyd edərək, Azərbaycanın kiçik və problemli bir dövlət olması ilə qaçqın məsələsinin həllində aparıcı rol oynaya bilməyəcəyini deyib.