Hakim İnsanovun danışmasına imkan verməyib
Bakı Apellyasiya Məhkəməsində Sənan Hacıyevin sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun Penitensiar Xidmətin rəhbərliyi və Ədliyyə Nazirliyinə qarşı apellyasiya şikayətinə baxılması başa çatıb. Şikayət Ə.İnsanova qarşı işgəncə faktlarının Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tanınması ilə əlaqədar verilib.
2013-cü il martın 14-də AİHM Ə.İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə çəkişməsi) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozuldğunu tanıyıb.
Bununla bağlı Ə.İnsanov onun hüquqlarının pozulmasının Penitensiar Xidmət rəhbərliyi və şəxsən ədliyyə naziri Fikrət Məmmədov tərəfindən tanınmasını tələb edir. İş üzrə dinləmələrə yanvarın 17-də başlanılıb. Ə.İnsanov Ədliyyə Nazirliyi nümayəndəsinin məhkəməyə gəlməsini tələb edib.
Məhkəmə Ədliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə dəvət olunması barədə qərar qəbul edib.
Lakin yanvarın 31-də Ədliyyə Nazirliyinin nümayəndəsi növbəti dəfə iclasda iştirak etməyib. Yalnız Penitensiar Xidmətin nümayəndəsi gəlib.
Hakim bildirib ki, şikayətə Ədliyyə Nazirliyinin nümayəndəsi olmadan da baxıla bilər.
Qeyd edək ki, Ə.İnsanov iclas zamanı “şüşə akvarium”da (dəmir barmaqlığın əvəzinə) əyləşdirilib və onun danışığı eşidilməyib. Vəkil Ə.İnsanov ilə jestlərlə və yazılı şəkildə danışmalı olub. Onlar kağızda yazaraq bir-birinə göstəriblər.
Görünür, yanvarın 17-də keçirilən iclasdan sonra Ə.İnsanovun səsini “batırmaq” qərarına gəliblər. Belə ki, həmin iclasda o, ölkə hakimiyyətini kəskin tənqid edib, siyasi qətllərin təşkilində ittiham edib.
Ə.İnsanov yalnız hakim mikrofonu işə salanda danışa bilib ki, bu da onun prosedur suallarına cavablar üçün lazım olub.
İclas 5 dəqiqə çəkib və Ə.İnsanovun şikayəti təmin edilib.
Məhkəmə qərara alıb ki, Ə.İnsanovun Penitensiar Xidmətə qarşı iddiasına təkrarən birinci instansiya məhkəmədə – 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılsın.
Lakin Ə.İnsanovun vəkili Toğrul Babayev bu qərardan razı olmadığını bildirib.
Onun sözlərinə görə, vaxtilə Azərbaycan məhkəmələri – Nəsimi. Bakı Apellyasiya və Ali Məhkəmə Ə.İnsanovun Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinə qarşı iddiasını təmin etməyiblər. AİHM ona qarşı işgəncə faktlarının olmasını tanıyıb. Odur ki, vəkil hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Ə.İnsanovun şikayətini təmin etməli və işgəncə faktının araşdırılmasına başlanması və günahkarların məsuliyyətə cəlb olunması barədə qərar qəbul etməlidir.
Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Ə.İnsanovun daha bir işi üzrə AİHM-nin qərarına baxılacaq. Bu, ona qarşı bilavasitə cinayət işinə aiddir.
Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlər törətmək ittihaml ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Ə.İnsanov hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.