Əli Əhmədov ATƏT-in hesabatını obyektiv hesab etmir

Əli Əhmədov

“Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri - obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”

Bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə oktyabrın 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə edib.

Seçkilər şəffaf və ədalətli keçirilib. İnsanlar istədikləri namizədə səs verib.

Əli Əhmədov, eyni zamanda ATƏT-in DTİH bürosunun ədalətli ola bilməməsinin təəssüf doğurduğunu da nəzərə çatdırıb.