Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində ölkədə ifadə azadlığı sahəsində mövcud durum, həbsdə olan jurnalistlər, media hüququ sahəsindəki problemlərdən danışıb.
Amerikanın Səsi: Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyət necədir?
Təsadüfi deyil ki, son əfv fərmanına qədər 15 jurnalist və bloger həbsdə idi. Bu isə Avropa Şurasının 47 üzv ölkəsi arasında “birinci yer” deməkdir.
Ələsgər Məmmədli: Azərbaycanda ifadə azadlığının vəziyyəti əlbəttə, əvvəlki ilərə nisbətən, xüsusilə 2005-ci ilə qədərki illərlə müqayisə etsək bu, 2014-cü ildən sonra xeyli gərginləşib. Təsadüfi deyil ki, son əfv fərmanına qədər 15 jurnalist və bloger həbsdə idi. Bu isə Avropa Şurasının 47 üzv ölkəsi arasında “birinci yer” deməkdir.
Amerikanın Səsi: Ölkədə qanunvericilikdə ifadə azadlığı və şəxsi həyatın qorunması hüququ sərhədi harada kəsişir?
Bizdə problem odur ki, praktikada hakimlər bunu tətbiq edərkən hər zaman nədənsə, ifadə azadlığı ilə şəxsi həyatın kəsişdiyi məqamda ictimai əhəmiyyət kəsb edən ifadə daşıyıcılarının qorunması əvəzinə şəxsi həyata önəm verir.
Ələsgər Məmmədli: Konstitusiyamızın 47-ci maddəsi fikir və söz azadlığı, 46-cı maddəsi şərəf və ləyaqətin müdafiəsi, 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu tənzimləyir. Konstitusiyanın özündə bu hüquqlar arasında bir balans var. Bunların hansı halda məhdudlaşa biləcəyi qanunvericilikdə konkret olaraq göstərilib. Buna tam Avropa İnsan Hüquqları Konvensiyasındakı kimi demokratik cəmiyyətdə zərurilik prinsipi çərçivəsində baxılmalıdır kimi bir şərt də yoxdur. Amma, mahiyyət etibarı ilə eyni ilə konvensiyanın 10-cu maddəsində ifadə azadlığını məhdudlaşdıracaq şərtlər nədirsə, bizim qanunvericilikdə də eyni şərtlər var. Bizdə problem odur ki, praktikada hakimlər bunu tətbiq edərkən hər zaman nədənsə, ifadə azadlığı ilə şəxsi həyatın kəsişdiyi məqamda ictimai əhəmiyyət kəsb edən ifadə daşıyıcılarının qorunması əvəzinə şəxsi həyata önəm verir. Düzdür, mən deməzdim ki, çox böyük ziddiyyətlər var. Faktiki olaraq bizdə gerçək hüquqi mübahisələr aparılmır. Amma, mahiyyət etibarı ilə məsələn, jurnalist hansısa məmurun özəl həyatı, yaxud məmurun hansısa davranışı ilə bağlı məqamlara toxunubsa, onlar daha sonra müzakirəyə çıxırsa daha çox böhtan kimi xarakterizə olunur. Halbuki onun böhtan yox, deyək ki, real olaraq informasiyanın mənbəyinə enə bilmədiyi üçün, birinci mənbədən informasiya ala bilmədiyi üçün jurnalist bəzən müəyyən təxəllüslərindən də istifadə edir. Amma, mahiyyət etibarı ilə məhkəmələrdə təəsüf ki, ifadə azadlığı üstünlük kimi qorunmur.
Amerikanın Səsi: Jurnalistlər ölkədə təhdid olunmadan, qorxu hissi keçirmədən məlumatları yaya bilirmi? Bu sahədə vəziyyət necədir?
Bunun birinci səbəbi odur ki, araşdırmaçı jurnalistlərdən, məsələn Xədicə xanım kimi şəxslər hələ də həbsdədir. Bu özü kifayət qədər jurnalistlərin əl-qolunu bağlayan məqamdır.
Ələsgər Məmmədli: Mən deməzdim ki, yəni siz də bir jurnalistsiniz, jurnalistlərin hamısı sərbəst şəkildə özünü ifadə edə bilir. Sözsüz ki, rəsmi şəkildə senzura yoxdur, amma qeyri-rəsmi olaraq hər kəs üzərində bir senzura hiss edir. Bu senzuranın müxtəlif səbəbləri var. Bunun birinci səbəbi odur ki, araşdırmaçı jurnalistlərdən, məsələn Xədicə xanım kimi şəxslər hələ də həbsdədir. Bu özü kifayət qədər jurnalistlərin əl-qolunu bağlayan məqamdır. İkinci bir məqam odur ki, Azərbaycanda müstəqil media qurumları yox dərəcəsindədir. Bu və ya digər formada jurnalist çalışdığı yerin strukturuna bağlıdır. Bu da ikinci bir senzura tələbidir. Jurnalist hansısa holdinqə, işə, məmura bağlı mediada fəlaiyyət göstərirsə ona uyğun şəkildə davranır, obyektivlik ikinci fonda qalır. Əsas sadiqlik və bağlılıqdır.
Amerikanın Səsi: Hazırda ölkədə neçə jurnalist və bloger həbsdədir? Cəmiyyət, beynəlxalq ictimaiyyət onların azad edilməsi ilə bağlı hansı işləri görür?
Bu onu göstərir ki, yeni bir tendensiya var, sosial şəbəkələrdə olmaq bir təhdid, təhlükə mənbəyinə çevrilib.
Ələsgər Məmmədli: Son əfv fərmanında 4 jurnalist, bloger həbsdən azad edildi. 15-dən say 11-ə düşüb. Bu çox yüksək say olduğu üçün ümid edək ki, yaxın vaxtlarda Azərbaycanda həbsdə nə jurnalist, nə də bloger qalmasın. Amma, praktika göstərir ki, son vaxtlar, məsələn Fuad Qəhrəmanlının (AXCP sədrinin müavini-red) həbsi, baxmayaraq ki, o siyasi şəxsdir, hələ məhkəmə hökmü yoxdur, amma onun həbsi də bilavasitə facebook-dakı yazısı ilə bağlı oldu. O da bir bloger kimi həbs olunub. Bu onu göstərir ki, yeni bir tendensiya var, sosial şəbəkələrdə olmaq bir təhdid, təhlükə mənbəyinə çevrilib. Hökumət sosial şəbəkələrdə aktiv olan şəxsləri də, əgər ifadələri onları narahat edirsə, - başqa səbəblərdən də ola bilər, birbaşa həmin səbəbdən də, - azadlığını məhdudlaşdıra bilir. Fuad Qəhrəmanlıya qarşı konkret olaraq rəsmi ittiham da bilavasitə ifadə azadlığı ilə bağlıdır.
Amerikanın Səsi: İfadə azadlığı sahəsində cəmiyyətin məlumatlandırılması baxımından hansı islahatlara ehtiyac var?
Avropa İnsan Hüquqları Məhkəməsinin hər iki iş üzrə qərarında birbaşa göstəırilir ki, Azərbaycan qanunvericiliyində həbs cəzası ləğv olunmalıdır. Bu ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırır. İkincisi milli qanunvericilikdə ciddi islahatlar aparılmalıdır.
Ələsgər Məmmədli: İlk növbədə qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırılması zəruridir. Bu nə deməkdir? Bu o deməkdir ki, 10-cu maddə (fikri ifadə etmək azadlığı) ilə bağlı iki qərar var. Birincisi, Yaşar Ağazadə, Rövşən Mahmudov Azərbaycana qarşı, digəri Fətullayev Azərbaycana qarşı işlərdir. Avropa İnsan Hüquqları Məhkəməsinin hər iki iş üzrə qərarında birbaşa göstəırilir ki, Azərbaycan qanunvericiliyində həbs cəzası ləğv olunmalıdır. Bu ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırır. İkincisi milli qanunvericilikdə ciddi islahatlar aparılmalıdır. “Diffamasiya haqqında” qanunun qəbul olunması məsələsi həll olunmalıdır. Məncə “Diffamasiya haqqında” qanunun son tə qdim olunan layihəsi qəbul olunsa, bu istiqamətdə xeyli irəli addım atılmış olar. Amma, təəssüf ki, 2012-ci ildə bu milli fəaliyyət proqramına salınsa da sonradan bu istiqamətdə bütün addımlar dayandırıldı.