Milli Təhlükəsizlik naziri destruktiv qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərildiyini bildirib
“Son dövrlər bəzi xarici dairələr tərəfindən təhdidlərin artması, anti-Azərbaycan fəaliyyətə müxtəlif pozucu elementlərin cəlb edilməsi müşahidə olunur”.
Bu barədə milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışında deyib.
Nazir çıxışında destruktiv qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərildiyini bildirib.
Nazirliyin və Baş prokurorluğun birgə keçirdiyi əməliyyat tədbirini xatırladan nazir Mahmudov bildirib ki, bir qrup şəxs saxlanılmış, onların yaşadıqları ünvanlardan icazəsiz mitinqlərdə istifadə üçün butulkalarda “Molotov kokteyli” adlanan maye aşkar edilib.
“Qeyd olunmalıdır ki, anti-Azərbaycan dairələr öz fəaliyyətlərini ölkəmiz üçün həssas sayılan dövrlərdə xüsusilə genişləndirməyə çalışırlar”, deyə nazir Eldar Mahmudov əlavə edib.
Əks-kəşfiyyat və anti-terror tədbirlərindın danışan nazir bildirib ki, dövlət təhlükəsizliyi zərərinə olaraq dövlətə xəyanətdə, terror aktına hazırlıqda, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatının əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilib.
Digər əks-kəşfiyyat əməliyyatları nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsi və başqa ağır cinayətlərin törədilməsində təqsirli bilinən, xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 22 nəfərdən ibarət daha bir qrup zərərsizləşdirilib.
Nazir Eldar Mahmudov Azərbaycanda ilk dəfə təşkil olunan “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terror niyyətlərinin qarşısının alındığını bildirib, paytaxtda və ölkənin müxtəlif bölgələrində həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində 58 nəfər radikal meylli təqsirli şəxsin istintaqa cəlb olunduğunu da xüsusi qeyd edib.
Həmçinin nazir Azərbaycan Respublikasının konstitusiya quruluşu əleyhinə, xarici dövlətin maddi və ideoloji dəstəyi ilə din pərdəsi altında kütləvi iğtişaşlar təşkil etməyə, eləcə də təriqətlərarası düşmənçilik salmaqda cəhdə görə 12 nəfər məsuliyyətə cəlb olunduğunu vurğulayıb.