Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edəcək

Eldar Əzizov

Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini kimi fəaliyyətə başlayıb. O həm də Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edəcək. Bu barədə Amerikanın Səsinə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.

İyulun 17-də Eldar Əzizovu kollektivə Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliev təqdim edib.

Eldar Əzizov bundan öncə Bakı şəhər Səbael Rayon İcra Hakimiyyətinin başçısı idi. O daha öncə Sumqayıt, Gəncə şəhərlərinin icra hakimiyyətlərinin başçısı olub.