Böyük Britaniya müdafiə naziri Filip Hammondun bildirdiyinə görə, Əlcəzairdəki başa çatmaq üzrə olan girov böhranı daha çox insanın itkisinə səbəb olub.
Londonda ABŞ müdafiə naziri Leon Panetta ilə birgə mətbuat konfransında danışan Hammond deyib ki, ölümlərə görə mənəvi məsuliyyəti terrorçular daşıyır. Britaniya Xarici İşlər Nazirliyi 10-a yaxın britaniyalıdan xəbər olmadığını bildirib.
Əlcəzairing APS xəbər agentliyi bildirib ki, bu gün səhər ölkənin xüsusi təyinatlı qüvvələri Əlcəzair səhrasında insanları girov saxlayan islamçılara son hücum kimi təbii qaz kompleksinə daxil olub.
APS-in məlumatına görə, xüsusi təyinatlılar Əl-Qaidə ilə əlaqəsi olan 11 terrorçunu öldürüb. Bəzi mənbələr terrorçuların ən azı 17 əsiri öldürdüyünü bildirsə də, ölənlərin sayının artması istisna edilmir.
Girov götürülənlər arasında bir neçə amerikalı da var. Cənab Panetta deyib ki, onlar barədə az məlumata malik olduğundan daha detallı məlumat əldə edənədək şərh vermək istməyir.