Meksika dünyanın ən təhlükəli narkotik qaçaqmalçı kartelinin baronu olan Joaquin "El Çapo" Guzmanı 6 aydan sonra yenidən həbs etməyə müvəffəq olub. Bunu bu gün televiziya vasitəsilə çıxışında prezident Enrike Pena Nieto deyib.
İlk dəfə prezident Pena Nietonun sifarişi ilə 2014-cü il fevralında həbs edilən güclü Sinaloa Kartelinin başçısı Quzman təxminən 6 ay əvvəl həbsxanadan xüsusi əməliyyatla qaçırılmışdı. Ancaq o, yenidən bu gün Meksikanın şimal-qərbindəki Sinaloa ştatınnı Lis Moçis şəhərində həbs edilib. Bu ştat narkotik baronun doğulduğu bölgədir.
"Missiya yerinə yetirildi. O, əlimizdədir" - deyə Pena Nieto Twitter vastisələ yazıb. "Mən bütün meksikalıları xəbərdar etmək istəyirəm ki, Goaquin Guzman Loera yenidən həbs edilib".
Həbs etmə əməliyyatında Meksikanın dəniz qüvvələri, Narkotiklə Mübarizə Administrasiyası və ABŞ Marşalları iştirak edib.
Qarşıdurma zamanı 5 nəfər öldürülüb, 6 nəfər isə saxlanılıb.
Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Guzman keçirilən reyd zamanı ələ keçirilib.
Oktyabr ayında hökumət qüvvələri Guzmanı tutmağa çox yaxın olsa da, son anda o aradan çıxa bilmişdi.