Ekvadorda ölənlərin sayı 654 nəfərə yüksəlib

Ekvador rəsmiləri bildirir ki, ölkədə baş vermiş güclü nəticəsində ölənləri sayı 654-ə yüksəlib.

Sakit okean boyu uzanan ölkədə son 70 ildə qeydə alınmış ən güclü zəlzələ 12 500 insan yaralanmasına, 58 nəfərin isə itkin düşməsinə səbəb olub.

"Bu günlər vətənimiz üçün ən ağrılı günlərdəndir" - deyə prezident Rafael Korrea müntəzəm şənbə çıxışında bildirib. O sözünə "Ölkə böhran içərisindədir" deyərək davam edib.

İnsanlara müvəqqəti sığınacaq və qida daxil olmaqla ilkin humanitar yardım təmin etmək üçün Ekvadorda minlərlə əsgər və polis səfərbər olunub. Bundan başqa İspaniya, Peru, Kuba, Boliviya və Venezuela kimi ölkələrdən onlar yardım üçün hadisə qurbanlarına kömək etmək üçün Ekvadora gəlib.

Rəsmilər deyir ki, 8 gün əvvəl baş vermiş zəlzələnin dağıntıları altından indiyədək 113 insan sağ çıxarılıb.

BMT qarşıdakı 3 ay ərzində humanitar yardıma ehtiyacı olan 350 mindən çox insana yardım göstərmək məqsədilə 72.7 milyon dollar ayrılması üçün müraciət edib. Bu insanların ən azı yarısının ilkin ehtiyaclarını ödəmək üçün ciddi humanitar yardıma ehtiyacı olduğu bildirilir.