Lenin adlı sosialist Ekvadorun prezidenti oldu

Ekvadorda sosialist Lenin Moreno prezident kimi and içərək vəzifəsinə başlayıb. Sabiq vitse-prezident Mereno seçkilərin ikinci turunda qələbə əldə edib.

64 yaşlı prezident andicmə mərasimindən sonra hər kəsin prezidenti olduğunu və hər kəsə ehtiramla yanaşdığını deyib

O, gələn 4 il ərzində azgəlirli ailələri sosial proqramlar, pulsuz səhiyyə xidməti, ev və təhsillə təmin etməklə yoxsulluqla mübarizə aparacağına vəd verib.

Moreno bildirib ki, yoxsulluq həddi altında yaşayanlar subsidiya alacaqlar.