Ekspertlər Türkiyənin Qərblə müttəfiq münasibətlərini təhlil etdilər

Noyabrın 30-da “Global Strat View” qeyri-höküməti təşkilatının keçirdiyi “Cənubi Qafqazdakı qarşıdurma və Türkiyənin rolu” başlıqlı vebinarda təhlilçilər Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti və onun Qərb qurumları ilə münasibətlərini şərh ediblər.

Türkiyənin Qərblə münasibətləri sentyabrın 27-də Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında döyüşlər başladığı gündən Türkiyənin Azərbaycana tam dəstək verməsi ilə müzakirə mövzusuna çevrilib.

NATO üzvü olan Türkiyə yüksək hərbi hazırlıq və texnalogiyaya sahibliyini Qarabağda istifadə olunan dronlarla bir daha nümayiş etdirmək imkanı əldə etmiş oldu. Dağlıq Qarabağ döyüşlərindən əvvəl Türkiyə öz hərbi gücünü İraq və Suriyada da nümayiş etdirməyə çalışmışdı. Bəzi müşahidəçilər Türkiyənin müstəqil əzələ nümayişinin onun NATO üzvlüyündə qalıb-qala bilməyəcəyini gündəmə gətirdiyini hesab edir.

Kanadalı senator Leo Housakos hesab edir ki, Türkiyə üzvlükdən xaric edilməlidir. Onun fikrincə, son illər Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə demokratiyaya endirilən zərəbələr, ictimai səsin boğulması, eləcə də Tükiyinin BMT-nin Kiprlə əlaqədar qətnamələri yerinə yetirməməsinə demokratik ölkələr göz yummamlıdır.

“Məsələ demokatiya, insan haqları və beynəlxalq hüquqa gəldikdə, burada heç bir zaman hər hansısa bir güzəştdən, razılaşmadan söz gedə bilməz. Son bir neçə ildə Qərb demokratiyaları tədricən daha çox tolerant yanaşma sərgiləyib... Tarix göstərir ki, tiranlara üz vermək hər zaman fəlakətlərlə nəticələnib,” deyə Leo Housakos Türkiyənin hazırkı liderinə qarşı sərt mövqe sərgiləməyə tərəfdar olduğunu bildirib.

Lakin ABŞ-ın Diplomatik Servisinin Sovet ölkərləri üzrə ixtisaslaşmış səfiri Steven Mann Tükiyənin NATO-dakı rolunun demokitiyadan daha çox hərbi tərəfdaş olmasına diqqət çəkərək bunun baş verə biləcəyinə inanmadığını bildirib. Onun sözlərinə görə, Türkiyə NATO ölkələrinin əsas müttəfiqlərindən biridir. 1940-ci ildə qəbul olunmuş konvensiyaya görə müttəfiqlər arasında fikir ayrılığı yaşana bilər.

“Lakin bu da o demək deyil ki, müttəfiqlər bir-birinin addımlarına tənqidi yanaşmalı deyil. Ancaq Türkiyənin üzvlükdən çıxarılmasını üç ölkə böyük sevinclə qarşılayacaq - Ermənistan, Rusiya və Yunanıstan,” deyə səfir Steven Mann bildirib. Səfirin fikrincə, Türkiyə istənilən halda NATO üzvlüyündən kənarlaşdırlamayacaq qədər mühüm tərəfdaşdır. Bu səbəbdən də NATO istənilən halda demokratiyadan daha çox hərbi məsələlərə diqqət yetirir.

Məsələ ilə əlaqədər Miçiqan Universitetinin keçmiş professoru Cerard Libaridyan bildirib ki, hər hansı bir ölkənin üzvülükdən çıxarılması hər zaman mübahisə mövzusu yaradır. Və bu fikir haçalanmasına səbəb olur. Belə ki, hər hasısa bir ölkəni üzvlükdən çıxarmaq onun daha çox təcrid olmasına və daha ekstremal yol tutmasına səbəb olacaq. Yaxud da, həmin ölkəni üzvülük daxilində saxlayıb daha çox nəzarət etməklə addımlarını daha da yumşaltmağa çalışmaq olar. “Lakin burada olduqca vacib bir məqamı diqqətdə saxlamaq lazımdır: Rusiya Tükiyənin Cənubi Qafqaza daxil olmasına imkan yaradıb. Belə bir zamanda Rusiyanın bu addımının əsas hədəfi Türkiyəni NATO, Avropa İttifaqı və ABŞ müttəfiqliyindən ayırmaqdır,” Libaridyan bildirib.

Bəzi ekspertlər NATO-nun heç də bütün müttəfiqlərinə qarşı bərabər yanaşmadığı qənaətindədir. NATO Yunanıstan əlaqələrinə diqqət çəkən Yunan əsilli kanadalı jurnalist Zoe Koulourisin fikrincə, NATO Yunanıstan-Türkiyə böhranında Yunanıstana qarşı təzyiq göstərsə də, Türkiyəyə qarşı əhəmiyyətli addım atılmayıb.

“Daha əvvəl Yunanıstan Türkiyə sularına daxil olub eləcə də Türkiyə Yunanıstanın sularına daxil olub. Lakin Yunanıstan buna görə NATO tərəfindən xəbərdaqlıq alıb. Lakin Türkiyənin indi də Yunanıstan sularına daxil olmasına baxmayaraq Almaniya onlara silah satır. Hətta Türkiyə Almaniyadan sualtı qayıqlar almağa çalışır,” deyən Zoe bildirib ki, müttəfiq ölkərinin hamısına qarşı eyni dərəcədə münasibət göstərilməlidir.

Türkiyənin NATO-dakı tərəfdaşlığının Almaniyadan asılı olduğunu bildirən Tükiyənin Sabah qəzetinin keçmiş baş redaktoru, jurnalist Ergün Babahan bildirib ki, Almaniya-Türkiyə əlaqələri uzun zamandır inkişaf edir. Onun sözlərinə görə Birinci Dünya Müharibəsindən başlayaraq davam edən bu tərəfdaşlığı son illərdə Angela Merkel administrasiyası dönəmində daha aydın görmək mümkündür.

“Əgər Almaniya Tükiyəyə qarşı siyasətini dəyişərsə, hər şeyin bir gecədə dəyişdiyini görmək” olacaq deyən Ergün Babahan bildirir ki, Türkiyənin Avropa İttifaqına inteqrasiyadan başqa seçimi yoxdur. O, Tükiyəyə NATO-dan daha çox Aİ-nın təzyiq göstəmək iqtidarında olduğunu inandığın qeyd edib. O, hesab edir ki, Türkiyə iqtisadi baxımdan Aİ ilə sıx bağlıdır.