Ekspertlər Türkiyədə iqtisadi böhranın qlobal tənəzzülə yol açacağına inanmır

People change money at a currency exchange office in Istanbul, Turkey, Aug. 17, 2018.

Dünya maliyyə bazarlarında keçən həftə Türkiyədə iqtisadi böhranın 2008-ci qlobal maliyyə böhranının təkrarlanmasına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlar fonunda enmə müşahidə edilib.

Türkiyəyə böyük məbləğdə kreditlər verən Avropa banklarında aksyiaların dəyəri düşdü, Çin, Braziliya və Meksikonun milli valyutası zəiflədi.

“Biz müəyyən mənada 2008-ci ildən daha pis bir böhrana doğru gedirik”, keçən həftə investisiya riskləri məsələləri üzrə təhlilçi Tim Lee The Nyu York Times qəzetinə bildirib.

Lakin bir sıra təhçililər Türkyənin borcu və milli valyutanın dəyər itirməsinin nəticələrinin daha məhdud olacağını bildirir. Deutsche Bank-da təhlilçi Oliver Harveyin fikrincə, bunun daha çox təsiri Türkiyəyə ən çox kredit verən Britaniyaya olacaq.

Ərdoğan hökuməti insfrastruktur, yeni yollar, hava limanları və sürətli qatarlar üçün dəmir yolu xətlərinin inşasına böyük məbləğdə maliyyə vəsaiti sərf edib. Lakin xarici kreditlər hesabına başa gələn bu inşaat bumu hazırda Türkiyəni yüksək ticarət defisiti, dollarla böyük məbləğdə borc və lirənin çökməsi kimi problemlər qarşısında qoyub.

ABŞ prezidenti Donald Trampın Türkiyədən gələn metala tarifləri ikiqat artırmasının ardınca türk lirəsi rekord itkilərlə üzləşərək dəyərinin 15 faizinə qədərini itirib.

Ərdoğan bildirib ki, Türkiyə “iqtisadi müharibə” ilə qarşılaşıb. O, lirənin dəyər itirməsini “ölkəyə qarşı hücum” adlandırıb.

O eyni zamanda, Türkiyə iqtisadiyyatının dinamikasının sağlam və güclü olduğunu bildirib.

Bu kimi iddialar beynəlxalq investorlar tərəfindən skeptik qarşılanır. İqtisadçıların çoxu hesab edir ki, ölkə iqtisadiyyatına artıq böyük zərər dəyib və qarşıda daha ağır günlər gözlənilir.

ABŞ və Türkiyə arasında münasibətlər Türkiyə rəsmilərinin amerikalı keşiş Endrü Bransonu azad etməməsi ilə əlaqədar olaraq gərginləşib. Branson hazırda Türkiyədə "terrorizm" ittihamları ilə ev dustaqlığında saxlanılır.