O ölkədə ciddi islahatlar aparacağına vəd verir
İran parlamentinin keçmiş deputatı, prezidentliyə iddialı azərbaycanlı Əkbər Ələmi mayın 10-da Daxili İşlər Nazirliyində qeydiyyatdan keçdikdən sonra jurnalistlərə açıqlama verib.
“Media forum” saytının məlumatına görə, Əkbər Ələmi deyib ki, prezidentliyə namizədlərin heç birini islahatçı saymır:
“Bizim keçmiş prezidentlərimizin heç birinin yürütdüyü siyasət İran islam inqilabının əvvəlki ideyaları ilə üst-üstə düşmür. Təəssüflər olsun ki, 1979-cu ildə qələbə qazanan İran islam inqilabı da Rusiya, Fransa və Əlcəzair inqilablarının taleyinə düçar oldu. Əgər Konstitusiyaya Nəzarət Şurasında mənim prezidentliyə səlahiyyətim təsdiqlənsə, bütün gücümü səfərbər edərək İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin 1979-cu ildə İrana gəlməzdən əvvəl Fransada xalqa verdiyi vədlərin həyata keçirilməsinə çalışacağam.
Mən islahatçıyam və yeni söz, yeni proqramla prezident seçkisinə qatılmaq istəyirəm. Bu gün bir sıra şəxsləri islahatçı adı ilə təqdim edir, irəli sürürlər. Halbuki onlar saxta islahatçılardır. Mən prezidentliyə namizədlər Məhəmmədbağır Qalibaf, Qulaməli Həddad Adil, Möhsün Rzayi və Əli Əkbər Vilayətini debata dəvət edirəm. Bu cənabların bəziləri, o sıradan da Qulaməli Həddad Adil 30 ildir ancaq danışırlar. Lakin mən yeni söz və proqramla meydana girmişəm. Haşimi Rəfsəncanini də islahatçı saymıram. Çox istəyirəm ki, Məhəmməd Xatəmi prezidentliyə namizədliyini irəli sürəcəyi təqdirdə onunla da bir debata qatılım”.