Eyfel qülləsi yenidən açılıb

Fransanın məşhur Eyfel qülləsi zəhmətkeşlərin iki gün davam edən tətilindən sonra cümə axşamı yenidən açılıb.

Turistlər 324 metr hündürlükdən Paris şəhərini izləmək üçün növbəyə dayanıb.

Qülləni idarə edən şirkətin nümayəndələri çərşənbə günü Həmkarlar İttifaqı ilə danışıqların uğurlu keçdiyini deyib. Lakin onlar razılıq haqda təfsilata varmayıb.

Hesablamalara görə hər il yeddi milyon insan Eyfel qülləsini ziyarət edir. Əsasən yay aylarında ziyarətçilərin sayı çox olur.