Təbrizlilər Əhmədinejadın gəlişinə “Traxtur, Traxtur!” deyiblər [Video]

Mahmud Əhmədinejad

Xameneyi hökuməti azərbaycanlıların Tıraxtora dəstəyindən yararlanmağa çalışır
http://www.youtube.com/embed/gVYJlPGkI-A

İran prezidenti Mahmud Əhmədinejadin Təbrizə gəlişini qarşılmaq üçün zorla aparılmış tələbələr “Traxtur”, “Traxtur” (Tarktor-Sazi Təbrizin futbol komandasıdır - red) deyə çağırış ediblər.

www.youtube.com saytındakı Molla Nesreddin.az televiziya kanalı yazır ki, bəlkə də Səhər TV-də gördüyünüz videolarda niyə bu qədər insanın Əhmədinejad və Xamneyini qarşılamaq üçün xiyabanlara gəlmələri təəccüb doğuracaq.

Müəllif yazır: “Sizin arxada gizlicə edilən hazırlıqlardan xəbəriniz yoxdur. Xatırlayıram ki, mən də Təbriz məktəblərinin birində təhsil aldığım zaman bizi zorla Xamneyinin keçdiyi meydana apardılar və dedilər ki, müəllimlər meydanda olub-olmamağınız barədə məktəb müdirinə hesabat verəcək. Getdik və mərasimin yarısında qaçdıq. İstəyirəm deyim ki, indi gördüyünz insanlar, o cümlədən tələbələr və dövlət məmurlari zorla meydanlara aparılıb. Bunlardan başqa dövlətə bağlı Bəsic adli təşkilat da var ki, bu işlər üçün hazırlaniblar”.
İndi isə səsləndirilən şuar və tələbələrin cavabına qulaq asaq:

-Azərbaycan oyaqdı! - Traxtur, Traxtur!

- Əhmədinjead xoş gəlmisən! - (farsca) Traxtur, Traxtur!

- Səlli əla Muhəmməd (ərəbcə salavatdır) Rəhbərin Yoldaşı gəlib! (farsca) - Traxtur, Traxtur!

- İranımız başdan başa əzizdir! - Traxtur, Traxtur!

- Şiəliyin paytaxti Təbrizdir! - Traxtur, Traxtur!