Misirin Sinay yarımadasında İslamçı yaraqlılara qarşı genişmiqyaslı əməliyyatlar keçirilir

Misirin hərbi vertolyotları şənbə günündən bəri Sinay yarımadasındakı İslamçı yaraqlılara qarşı hücumlar həyata keçirir. Ordu Sinayda keçirilən hərbi əməliyyatın son illər keçirilən əməliyyatlardan ən böyüyü olduğunu deyir.

İki gün keçirilən hərbi əməliyyatlar zamanı bölgədə gizlənən yaraqlılardan azı 9-nun öldürüldüyü, çox sayda silahın ələ keçirildiyi deyilir. 2011-ci il, prezident Hüsnü Mübarəkin devrilməsindən bəri İslamçı yaraqlılar ölkədəki təhlükəsizlik boşluğundan istifadə etməyə başlayıb.

İyul ayında prezident Məhəmməd Mursinin devrilməsindən bəri isə İslamçı yaraqlıların polis və hərbiçilərə hücumları artıb.