Hüsnü Mübarəkin partiyası Misir məhkəməsinin qərarı ilə buraxılıb

  • Amerikanın səsi

Hüsnü Mübarəkin partiyası Misir məhkəməsinin qərarı ilə buraxılıb

Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin partiyasının əmlakı müsadirə edilməklə buraxılması haqda qərar çıxarıb. Qərar cənab Mübarəkin üç ay bundan əvvəl hakimiyyətdən devrilməsi ilə nəticələnmiş hərəkar liderlərinin əsas tələbini əks etdirir. Misir siyasətində on illərdir dominantlıq edən Milli Demokratik Partiya keçmiş prezident Ənvər Sədət tərəfindən 1970-ci illərdə yaradılmıdı. Son illər partiyanın fəaliyyəti ümumxalq narazılığının mənbəyi olmuş, ilin əvvəlində kütləvi nümayişlər zamanı partiyanın qərargahı yandırılmışdır. Cənab Mübarəkin opponentləri partiyanı onun hakimiyyətdə qalması və dövlət gəlirlərini mənimsəyə bilməsi ilə nəticələnmiş korrupsiya əməllərində ittiham edirdilər.