Misirdə etirazlar və Müsəlman Qardaşları

Misirdə prezident Məhəmməd Mursinin hakimiyyətini gücləndirməsinə qarşı etirazların keçirildiyi vaxt çıxışlar həm də onun sıralarında olduğu “Müsəlman Qardaşları” təşkilatı əleyihə də yönəlib. Qahirədən Amerikanın səsinin müxbiri Elizabet Arrott xəbər verir.

Yüzlərlə misirli ali məhkəmənin iki hakiminin keçən həftə prezidentin ədliyyə sisteminin nəzarətinə tabe olmaması ilə bağlı fərmanından sonra Məhəmməd Mursiyə qarşı etiraz aksiyalarını davam etdirib.

Bu günlər baş verən qarşıdurmalar zamanı etirazlar təkcə cənab Mursi deyil, həm də “Müsəlman Qardaşları” təşkilatının mənəi liderinə qarşı yönəlib.

On illərdir misirlilər arasında xoş məram yaradılması işinə xidmət edərək, əqllər və ürəklərə hakim kəsilmək məqsədilə xeyriyyəçilik fəaliyyətləri aparıb ibadətə çağırmış “Müsəlman Qardaşları” təşkilatı üçün hadisələrin bu şəkildə inkişafı gözlənilməz bir dönüşdür.

Təşkilatın səyləri öz bəhrələrini iyun ayında cənab Mursi liberllar və dünyəviçiləri inqilabdan sonrakı dövrdə ən yaxşı namizəd ola biləcəyinə əmin edə bildiyi vaxt verdi.

Əl-Şərq Regional və Strateji Aradırmalar Mərkəzinin direktoru Mustafa El-Labbad deyir ki, cənab Mursi qərarlarını geri çəkməsə bu, təkcə onun özü üçün deyil, “Müsəlman Qardaşları” təşkilatı üçün də böyük sınaq olacaq.

Cənab Mursi prezident seçildikdə misirlilərin hamısını təmil etdiyini deyərək, “Müsəlman Qardaşları” təşkilatı və onun siyasi qanadı olan Azadlıq və Ədalət partiyasından çıxdı.

Qahirədəki Amerika universitetinin preofessoru Səid Sadiq deyir ki, prezidentin hərbişuranın səlahiyyətlərinin bitməsindən sonra attıdığı addımlar ümidverici idi. Onun sözlərinə görə, doktor Mursi ona hətta skeptik yanaşan insanlar da daxil olmaqla misirliləri razı sala bilmişdi. “O, hərbi generalları hakimiyyətdən kənarlaşdırmış və yürüdəcəyi xarici siyasətin müstəqil olacağını nümayiş etdirməyə çalışmışdı”-deyə o bildirir.

Lakin prezidentin icraedici hökumətdə əsas vəzifələr də daxil olmaqla müxəlit orqanlarda bərabər təmsil olunmasına dair verdiyi vədinə müsəlman qardaşlarının təyinatları ilə əməl olunmadı. Keçən həftə prezidentin fərmanlarından sonra ədliyyə orqanlarının müvəqqəti də olsa təsirsiz olduğu aydın oldu.

Siyasi təhlilçi Labbda deyir ki, Misirdə bir çox insan indi “Müsəlman Qardaşları”nın bütün dövləti ələ alacağından qorxur.

Müşahidəçilərin bir qrupu “Müsəlman Qardaşları”nın zamanla ayaqlaşa bilmədiyini deyir. Onların fikrincə, təşkilat Misirdə inqilabdan əvvəlki dövrə olduqda bağlıdır. Qahirə universitetinin professoru Səid Sadek deyir ki, onların taktikası, siyasəti ə ideyaları köhnəlmişdir. “İndi müasir Misir mövcuddur. Misirdə son iki ildə siyasi proseslərə intensiv şəkildə qoşulan insanlar var”-deyə o bildirir.

Cənab Mursi son fərmanları siyasi proseslərdə iştiraka məhdudiyyətlər qoyub. Prezident bu addımların yeni konstitusiya və yeni partlamentin seçilməsi üçün vacib olduğunu deyir. Tənqidçilər isə yeni konstitusiyanın islamçıların xeyrinə olacağını bildirir. Onların fikrincə bu tendensiya prezidentin xanımının son etiraz nümayişləri zamanı iki yeniyetmənin ölümündən sonra verdiyi reaksiyalarda özünü göstərir. Yeniyetmələrdən biri 6 Aprel hərəkatının, başqası isə “Müsəlman Qardaşları”nın tərəfdarı olub.

Qahirə universitetinin professoru Səid Sadek deyir ki, prezidentin xanımı birinci yeniyetmənin deyil, ikincinin dəfn mərasimində iştirak edib. Tədqiqatçı-alim bunu qəbilə, klan və ailə hissi ilə əlaqəndirib, “misirlilərin qalan hissəsinin heç bir əhəmiyyəti olmadığını” deyir.

Siyasi etkspertlər cəmiyyətdə qütbləşmə prosesinin güclənə biləcəyinə görə narahatlığını bildirir və gələcəkdə güzətşlər görmədiklərini deyirlər.