Hökumətin çadır şəhərciklərinin dağıdılacağı barədə xəbərdarlığına baxmayaraq, Misirin hakimiyyətdən devrilmiş prezidenti Məhəmməd Mursi tərəfdarları onun yenidən vəzifəsinə qaytarılması tələbləri ilə yürüşlərini davam etdirir.
İyul ayının 3-də Məhəmməd Mursinin devrilməsindən bəri orduya qarşı etiraz edən Mursi tərəfdarları Qahirədə iki çadır şəhərciyi qurub.
Qərb və Ərəb vasitəçiləri, eləcə də Misir hökumətinin bəzi rəsmiləri ölkədə qan tökülməməsi üçün ordunu etirazçılara qarşı gücdən istifadə etməməyə çağırıb. Rəsmilərin bazar ertəsi çadır şəhərciyinə hücumlara başlanacağını deməsinə baxmayaraq, hələlik təhlükəsizlik qüvvələri tərəfindən hər-hansı addım atılmayıb.