Misirdə rəqib qüvvələr Ramazan bayramını Qahirə küçələrində qeyd edir

Hökumətin "Çadır düşərgəsini tərk edin!" çağırışına baxmayaraq, bu gün devrilmiş prezident Məhəmməd Mursinin minlərlə tərəfdarı Ramazan bayramını qeyd etmək üçün bir araya gəlib.

Müvəqqəti prezident Ədli Mənsurun beynəlxalq elçilərin ölkədə siyasi durumla bağlı səylərinin uğursuz nəticələndiyini bəyan etməsindən sonra bu gün Mursi əleyhdarları da Təhrir Meydanında toplaşıb. Cənab Mənsur danışıqların uğursuz nəticələnməsinə görə, Məhəmməd Mursini və Müsəlman Qardaşlarını günahlandırıb.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Misirdəki fikir ayrılıqlarının daha çox zorakılığa gətirib çıxaracağından, nəticədə Misir iqtisadiyyatının dirçəlişini ləngidəcəyindən narahat olduqlarını bildirib.