Misirlə İsrail sərhədində turist avtobusu partladılıb

Misirin İsraillə sərhədi yaxınlığında turist avtobusunun partlaması üç Çənubi Koreya vətəndaşı və üç Misir sürücüsünün ölümünə səbəb olub. İçərisində 33 nəfər olan avtobus Müqəddəs Yekaterina monastırından qayıdarkən Sinay bölgəsinin İsraillə sərhəddəki Taba keçid mənqətəsində partlayıb. Hadisə zamanı azı 12 nəfərin də ağır bədən xəsarəti aldığı deyilir.

Təhlükəsizlik rəsmiləri bombanın ya avtobusun içərisində ya da ola bilsin yaxınlıqdakı avtomobildə partladıldığını guman edirlər.